Əsas Səhifə > Partiya, Güney Press > "Ermənilərin buna cürəti çatmaz..."
"Ermənilərin buna cürəti çatmaz..."24-11-2016, 09:35 |
Ermənistanın nüvə silahına malik olması ilə bağlı məlumatlar yayması Azərbaycana psixoloji təsir məqsədi daşıyır. Bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Ermənistanda bu cür silahların olmasını qeyri-real sayıb: “AES-lər prinsip etibarilə elə texnologiyaya əsaslanıb ki, ondan saflaşdırılmış uran əldə etmək mümkündür ki, bu da nüvə silahının komponentlərindən biridir. Nüvə silahının daha bir mühüm komponenti ağır su, yəni H3O-dur. Tutalım, ermənilər saflaşdırılmış urana malikdirlər və bunu onlara Rusiya göndərir. Ancaq H3O-nu ala bilmələri çox çətindir. Mütəxəssislər hesab edirlər ki, AES-də istifadə edilmiş saf uranın tullantıları da özündə radioaktiv elementlər daşıyır və bu çirkli uranın zəhərləyici təsiri uzun müddət qalır. Bir neçə erməni generalı da iddia etmişdi ki, onlarda atom tullantılarından hazırlanmış çirkli nüvə silahı var. Əsas nüvə silahı dağıdıcı, çirkli nüvə silahı isə yalnız zəhərləyici xüsusiyyətə malikdir. Ermənilər belə bir çirkli atom silahı hazırlaya, yaxud da Rusiyadan nüvə silahı oğurlaya da bilərlər. Ancaq bu, nüvə silahının yayılmasına dair beynəlxalq konvensiyaya tamamilə ziddir. Ermənilərin isə buna cürəti çatmaz”. Politoloq bildirib ki, çirkli atom silahına görə də Ermənistana sanksiyalar və məsuliyyət tələb edən tədbirlər görülə bilər: “Ermənistandakı siyasi rejim məsuliyyət hissini itirib. İsgəndər-M-lərdən sonra nüvə tullantılarından hazırlanmış, zəhərləyici çirkli atom silahına malik olmaqla kimisə təhdid etmək asan məsələ deyil. Çünki biz yaxşı bilirik ki, Ermənistanın potensialında nələr var. Azərbaycan artıq İsgəndər-M-lərlə atılan döyüş başlıqlarını havadaca tutmaq üçün İsrailin nüvə texnologiyaları əsasında hazırlanmış müasir silahlara malikdir. Bu silahlarla İsgəndər-M-lərin dəqiq koordinatlarını müəyyənləşdirə, izləyə, atılan hər hansı bir raketi məhv edə və ya zərərsizləşdirə bilərik”. Politoloq hesab edir ki, Ermənistan sözügedən cəhdlərindən dolayı İranın aqibətinə salınmalıdır: “İrəvan ya bu silahın olmaması ilə bağlı geniş bəyanat verməyə vadar edilməli, ya da Beynəlxalq Atom Enerjisi Təşkilatının xüsusi yoxlama briqadası Ermənistanda AES-i təftiş etməli, burada istifadə edilmiş uranın harada saxlanıldığını müəyyənləşdirməli, bu ölkədəki nüvə silahına dair tədqiqatlarla tanış olmalıdır. Bir sözlə, Ermənistanın silah cəbbəxanası ciddi surətdə yoxlanmalıdır. Bu məsələ bu gün dünya tərəfindən qaldırılırsa, BMT də müdaxilə etməlidir. Çünki sözügedən təşkilat BMT-nin nəzdindədir”. Geri qayıt |