Əsas Səhifə > Partiya, Güney Press > “Şəxsən mənə əvflə bağlı 30-a yaxın ərizə daxil olub”

“Şəxsən mənə əvflə bağlı 30-a yaxın ərizə daxil olub”


1-12-2016, 08:37
“Şəxsən mənə əvflə bağlı 30-a yaxın ərizə daxil olub”
“Şəxsən mənə əvflə bağlı 30-a yaxın ərizə daxil olub”.

Bunu Moderator.az-a açıqlamasında "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.

Əliməmməd Nuriyev deyib ki, cəzaçəkmə müəssisələrində monitorinq apararkən də çox sayda insan ona əfvlə bağlı müraciət edir: “Eyni zamanda hüquq müdafiəçiləri mənə əfvlə bağlı müraciət edirlər. Dediyim kimi mənə bu günə qədər 30-a yaxın ərizə daxil olub. Mən o ərizləri Əfv Məsələləri Komissiyasının katibliyinə və Prezident Adminstrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin əfv sektoruna təqdim etmişəm. Çünki ərizələr baxılıb emal olunmalı, müəyyən sənədlər araşdırılmalıdır, arayışlar toplanmalıdır”.

Əliməmməd Nuriyev əslində əfvlə bağlı yalnız Azərbaycan prezidentinə müraciət olunmalıdır: “Yalnız cənab prezidentə müraciət edilərsə, həmin adamın əfv ərizəsinə baxmaq mümkün olacaq. Məhkumun özü və yaxud onun nümayəndəsi, eyni zamanda qanunvericilikdə nəzərdə tutulmuş digər səlahiyyətli şəxslər tərəfindən prezidentə müraciət etməlidir. Bizə sadəcə ona görə müraciət edirlər ki, məsələni diqqətdə saxlayaq”.

Geri qayıt