Əsas Səhifə > Partiya, Güney Press > "Azərbaycan dövləti hər bir vətəndaşının arxasındadır"
"Azərbaycan dövləti hər bir vətəndaşının arxasındadır"13-01-2017, 08:37 |
“Ermənilər insanlıq hissini çoxdan itiriblər. Onlar artıq uşaqların belə oynamadığı oyunları oynamağa çalışırlar”. Bunu SalamNews-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Deputat bildirib ki, Ermənistanın da imzaladığı Beynəlxalq Əsirlər və Həlak Olanlarla Bağlı Konvensiya var. Həmin konvensiya qeydsiz-şərtsiz meyitlərin dəyişilməsini tələb edir. Əsgərimiz Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun Azərbaycan ərazisinə hücumu nəticəsində əsir düşüb. Ermənistanın bu hərəkəti özünüifşadır. Ermənistan tərəfinin son açıqlaması erməni rəhbərliyində humanistlik, şərəf və insanlıq deyilən bir hissin qalmadığını göstərir. Azərbaycan hər bir vətəndaşının arxasındadır. Əsgərimizin cəsədini geri almaq üçün bütün vasitələrdən istifadə edəcəyik. Geri qayıt |