Əsas Səhifə > Partiya, Güney Press > “Rusiya icazə verməsə, Paşinyan hətta evində belə yaşaya bilməz”
“Rusiya icazə verməsə, Paşinyan hətta evində belə yaşaya bilməz”2-05-2018, 08:33 |
“Ermənistanın Azərbaycanla hər hansı formada müharibə aparmaq imkanı və şansı yoxdur. Bu barədə deyilənlərin hamısı blefdir”. Bunu Moderator.az-a açıqlamasında Ermənistandakı etirazçıların lideri Nikol Paşinyanın müharibə hədəsinə münasibət bildirən ADP sədri Sərdar Cəlaloğlu qeyd edib. Onun sözlərinə görə, bu səpgidə verdiyi bəyanatlar Paşinyanın siyasətdən olduqca uzaq olduğunu göstərir: “Paşinyan sadəcə hakimiyyəti ələ keçirmək üçün bu cür populist çıxışlar edir. O, bununla həm də siyasətdən çox-çox uzaq biri olduğunu göstərir. Indiki halda Rusiya icazə verməsə, Paşinyan nəinki hakimiyyətə gələ bilməz, hətta Ermənistanda yaşaya da bilməz. O, başa düşmür ki, Dağlıq Qarabağ Ermənistanın müstəqilliyini məhdudlaşdırmaq üçün Rusiyanın düşündüyü bir proqramdır. Əgər Paşinyan da Dağlıq Qarabağ kartından yapışsa, deməli, o da tələdədir. Paşinyan vəzifəyə gələ bilər, lakin hakimiyyətə gələ bilməz. Çünki Ermənistanda hakimiyyət yoxdur. Ermənistandakı hakimiyyət Rusiya hakimiyyətidir”. Geri qayıt |