Əsas Səhifə > Partiya, Güney Press > "Təxribatçı saytların və səhifələrin bloklanmasında qətiyyən xaltura etmək olmaz"

"Təxribatçı saytların və səhifələrin bloklanmasında qətiyyən xaltura etmək olmaz"


14-07-2018, 10:42
"Təxribatçı saytların və səhifələrin bloklanmasında qətiyyən xaltura etmək olmaz"
Azərbaycan dövlətinin əleyhinə fəaliyyət göstərən saytlar və səhifələrlə bağlı daha prinsipial davranış sərgiləmək vacibdir. Yəni burada qətiyyən xaltura etmək olmaz. Söhbət tənqidi mediadan getmir, iğtişaşa, milli və dini irqi ayrıseçkiliyə, dövlət quruluşuna qarşı zorakılığa səsləyən saytlarla yanaşı xutafatı, mövhumatı, təriqətçiliyi və məzhəbçiliyi təbliğ edən saytlara qarşı da ciddi mövqe ortaya qoyulmalıdır.

Bloklanması nəzərdə tutulan quruluşların siyahısınnda nədənsə "İslam", "İslamın səsi" kimi saytları, habelə "bizim mentalitet.az" səhifəsinin də adlarına rast gəlmədim. Bunlar da dövlət maraqlarımıza zidd olan fəaliyyətlərlə məşğuldurlar və burada yerləşdirilən materiallar diqqətlə izlənilsə, anlaşılar ki, xaricdən alınan çox ciddi təlimatlarla gizli niyyətlərindən diqqət yayındıra bilirlər. İnformasiya məkanında qətiyyən uduzmaq olmaz.

Fazil Mustafa, Millət vəkili

Geri qayıt