Əsas Səhifə > Partiya, Güney Press > "Paşinyan Brüssel sammitlərində Azərbaycanın uğurundan məyus olduğunu şəxsən etiraf etdi"
"Paşinyan Brüssel sammitlərində Azərbaycanın uğurundan məyus olduğunu şəxsən etiraf etdi"16-07-2018, 09:58 |
Ermənistanın baş naziri Nikol Paşinyanın "məxməri inqilab"dan sonra Avropadan daha ciddi münasibət gözləyirdik" bəyanatı NATO və Avropa İttifaqının Brüssel sammitlərinin qərarlarının Ermənistanda doğurduğu böyük məyusluğun təzahürüdür. Bunu Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib. A.Quliyevin sözlərinə görə, N.Paşinyan açıq etiraf edirsə, deməli, onun ölkəsinin rəsmi Brüsseldən böyük gözləntiləri olub: "Məxməri inqilab"ın xərcini ona hazırlıq müddətində son dollarına qədər almış Paşinyanın rəsmi Brüsseldən daha nə təmənna umduğunu demək çətindir. Ancaq əgər özlərinin iddia etdiyi kimi, inqilabı qansız həyata keçirdiyinə və korrupsiya ilə mübarizə apardığına görə Avropadan əvəz istəyirsə, bunun yanlış olduğunu əvvəlcədən bilmək lazım idi. Paşinyanın böyük səhvi ondadir ki, dinc inqilabın və antikorrupsiya tədbirlərinin Ermənistandan çox guya Avropaya lazım olduğunu düşünüb. Həqiqətən də əvvəlki prezident Sarkisyanın komandasının korrupsiya ilə taladığı pulların üzə çıxarılmasının Avropaya isti-soyuğu yoxdur. Yəni parlament seçkisinin təşkili üçün Paşinyanın Avropadan azı 80 milyon avro vəsait almaq niyyətlərinin baş tutmaması xüsusilə məntiqli nəticədir. Bu gün əleyhinə böyük antikorrupsiya tədbirlərinin görüldüyü sabiq prezidentin komandası hələ qismən yerindədirsə, seçkiyə ayrılan yardımın hansısa hissəsinin mənimsənilməyəcəyinə Avropa strukturlarinda əminlik ola bilməz". Baş redaktor bildirib ki, NATO və Avropa Birliyinin sammitlərinin İrəvanda doğurduğu məyusluq iki istiqamətdə özünü göstərir: "Əvvəla, deyildiyi kimi, “məxməri inqilab” komandası gözlədiyi maliyyə-siyasi dəstəyi ala bilmədi. İkinci, Azərbaycan diplomatiyası hər iki sammitin rəsmi sənədlərində ərazi bütövlüyü prinsipinin birmənalı dəstəklənməsinə nail ola bildi. Bu, Qarabağ probleminin həlli tarixində Ermənistanın ən ağır diplomatik uğursuzluq səhifələrindən biri kimi qalacaq. Azərbaycan diplomatiyasının və şəxsən Prezident İlham Əliyevin diplomatik məharətinin nəticəsi ortadadır. Prezident İlham Əliyev Ermənistanın daxildə demokratik hakimiyyət dəyişikliyi şousu qurmaqla Qarabağ probleminin həllində öz xeyirlərinə tarixi dönüş yaratmaq planlarını iflasa uğratdı. Ermənistanda səhvən düşünürdülər ki, hakimiyyət dəyişikliyini dinc demokratik proses kimi göstərə bilsələr, dünya Qarabağ məsələsində onlara daha böyük dəstək verəcək. “Məxməri inqilab”dan sonra Qarabağ uğrunda ilk həlledici Brüssel döyüşü İlham Əliyevin Paşinyan üzərində qələbəsi ilə bitdi". Geri qayıt |