Əsas Səhifə > Partiya, Güney Press > “Bəzi kəşfiyyat orqanları xaricdə təhsil alan vətəndaşlarımızdan istifadə edir”
“Bəzi kəşfiyyat orqanları xaricdə təhsil alan vətəndaşlarımızdan istifadə edir”18-07-2018, 09:36 |
Hüquq-mühafizə orqanlarının Gəncədə baş verən məlum olaylarla bağlı bəyanatında hadisə iştirakçılarından bəzisinin İranda dini təhsil alması ilə bağlı məlumatlar yer almaqdadır. Maraqlıdır, İranda dini təhsil alan vətəndaşlar üzərində nəzarətin gücləndirilməsinə, yaxud bu ölkədə dini təhsil alınması ilə bağlı bəzi məhdudiyyətlərin müəyyən edilməsinə ehtiyac varmı? Moderator.az -a açıqlama verən millət vəkili Siyavuş Novruzov Azərbaycan vətəndaşlarının İranla yanaşı, digər ölkələrdə də dini təhsil almasına diqqət çəkdi: “Söhbət sadəcə İrandan getmir. Azərbaycan müstəqillik əldə etdikdən sonra üç minə yaxın vətəndaşımız xaricdə dini təhsil alıb. Misir, Səudiyyə Ərəbistanı, İran, Türkiyə və s. ölkələrdə dini təhsil alan vətəndaşlar var. Onlar cavan yaşlarından həmin ölkələrə gedir. Təhsil almaqla yanaşı, həmin ölkələrin mədəniyyəti, sistemini də öyrənirlər və bəziləri müəyyən təsir altına düşürlər. Mən hələ demirəm ki, bəzi kəşfiyyat orqanları da onlardan istifadə edir. Sovet dönəmində xaricdə təhsilə göndərilən insanlar milli təhlükəsizlik orqanının əməkdaşlarının nəzarəti altında olurdu ki, onları hər hansı təsir dairəsinə salmasınlar. Söhbət sadəcə dini təhsildən getmir. Xaricdə təsir altına düşən şəxslər Azərbaycana qayıtdıqdan sonra həmin ölkənin mədəniyyətini, quruluşunu bura daşımaq istəyirlər. Bildiyiniz kimi, cənab prezidentin dini universitetin açılması ilə bağlı məlum sərəncamı oldu. Burada söhbət gənclərin bu universitetdə yalnız islam təhsili almasından getmir. Xristianlar da, yəhudilər də bu universitetdə təhsil ala bilərlər. Xaricdə təhsil alan şəxslər dini təbliğat aparmaq və ya dini vəzifə almaq üçün müvafiq icra hakimiyyətindən razılıq almalıdır. Bu məsələ razılaşdırılmalıdır. Hüquq-mühafizə orqanları öz sahələrində lazımi işi görür. Dinlə bağlı olan qurumlar da öz sahələrində iş görməldiirlər ki, insanlar səhv yola düşməsin. Insanlar öz etiqadını düzgün formada həyata keçirsinlər”. Geri qayıt |