Əsas Səhifə > Partiya, Güney Press > Arif Hacılının oğurluğu, "Azəri Günel" kişi çıxdı
Arif Hacılının oğurluğu, "Azəri Günel" kişi çıxdı20-07-2018, 12:07 |
Bir neçə gün əvvəl Müsavatın Məclis üzvü Vasif Sadıqbəylinin başqan Arif Hacılıya etiraz olaraq partiyadan istefa verməsi, Rəsul Quliyevin maliyyələşdirdiyi Gələcək Azərbaycan Partiyasına (GAP) keçməsi barədə xəbər vermişdik. Məlum hadisələr fonunda eks-müsavatçılarla partiyanın hazırki üzvləri arasında söz davası bir neçə gündür ki, davam edir, tərəflər bir-birilərini ifşa etmək üçün sanki sıraya düzülüblər. Bu məqamda Müsavat rəhbəri Arif Hacılığı və onun azsaylı tərəfdarları barədə maraqlı faktlar üzə çıxıb. Eks-müsavatçıların AzVision.az-a verdiyi məlumata görə, Arif Hacılının 7595 üzvü olan "Facebook" səhifəsi oğurluqdur. Belə ki, həmin səhifə 21 yanvar 2012-ci ildə ““UA” Cehenemin bekcileri” adı ilə yaradılıb. 6 iyul 2016-cı ildə isə səhifə oğurlanaraq Arif Hacılının adına dəyişdirilib və Müsavat başqanı hələ də həmin "Facebook" səhifəsini işlədir. Digər bir maraqlı məqam isə Müsavatın sosial şəbəkədə əsas dəstəkçisi olan “Basta” səhifəsi ilə bağlıdır. Hazırda 100 mindən artıq üzvü olan səhifə 12 dekabr 2009-cu ildə “AZERİ GÜNEL” adı ilə qeydiyyatdan keçib. 19 yanvar 2016-cı ildə səhifə ələ keçiriləcək “AZERİ Basta” olaraq dəyişdirilib. 26 yanvar 2016-cı ildə isə “Basta” adını alıb. Göründüyü kimi hər iki səhifə müsavatçılar tərəfindən oğurlanaraq özününkiləşdirilib. Özlərini sosial şəbəkə "fenomeni" hesab edən Arif Hacılı tərəfdarlarının daha çox diqqət çəkmək və izləyici yığmaq üçün "Facebook"-a qız adları daxil olduqları deyilir. Geri qayıt |