Əsas Səhifə > Partiya, Güney Press > Prezident İlham Əliyevin Fransaya səfəri iki ölkə arasındakı münasibətlərə yeni dinamizm verəcək
Prezident İlham Əliyevin Fransaya səfəri iki ölkə arasındakı münasibətlərə yeni dinamizm verəcək23-07-2018, 09:47 |
“Hesab edirəm ki, Azərbaycan-Fransa münasibətlərinin geniş perspektivləri və böyük potensialı var. Prezident İlham Əliyevin Fransaya səfəri həmin potensialı hərəkətə gətirəcək və iki ölkə arasındakı münasibətlərə yeni dinamizm verəcək”. Bunu Trend-ə Milli Məclisin deputatı, tarixçi Musa Qasımlı deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Fransaya səfəri böyük əhəmiyyət daşıyır: "Fransa hər şeydən əvvəl dünyanın aparıcı dövlətlərindən biri, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, ATƏT-in Minsk qrupunun həmsədri, dünyanın "böyük yeddi"lərindən biridir. Elə bu amillər səfərin necə böyük əhəmiyyət daşımasının göstəricilərindəndir". Deputat qeyd edib ki, Azərbaycan və Fransa arasında münasibətlərin dərin tarixi kökləri var: "Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyi ilk dəfə olaraq 1920-ci il yanvarın 11-də Fransanın Paris şəhərində tanınıb. Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndələri Fransada yaşayıblar, Azərbaycan bolşevik Rusiyasının işğalına məruz qaldıqdan sonra dövlət müstəqilliyinin bərpası üçün çalışan ölkələrdən biri Fransa olub. Fransa Azərbaycan mühacirlərinə yardımlar edib. Azərbaycanlılar da öz növbəsində Fransanın faşizm zülmündən azad olunması üçün müstəsna xidmətlər göstəriblər. Azərbaycanlılar Fransa müqavimət hərəkatında iştirak ediblər”. M.Qasımlı vurğulayıb ki, dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan-Fransa münasibətləri yeni əsasda qurulub: "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilk xarici səfərini 1993-cü ilin dekabr ayında məhz Fransaya edib. İlk rəsmi dövlət səfərinin Fransaya edilməsinin bir çox səbəbləri var idi. Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan-Fransa münasibətləri xeyli inkişaf edib. Bakıda Fransız liseyi, Azərbaycan-Fransa Universiteti açılıb, Fransa şirkətləri Azərbaycanda çalışırlar. Heç şübhəsiz ki, Azərbaycan-Fransa münasibətlərinin inkişafında bütün sahələrdə əməkdaşlığın bərabərhüquqlu əsasda qurulması müstəsna rol oynayıb”. Geri qayıt |