Əsas Səhifə > Partiya, Güney Press > “Qarabağsız Azərbaycanın gələcəyini təsəvvür etmək mümkün deyil”
“Qarabağsız Azərbaycanın gələcəyini təsəvvür etmək mümkün deyil”9-08-2018, 08:57 |
“Son zamanlar Ermənistanda baş verən hadisələrlə bağlı ictimaiyyətimizdə geniş maraq yaşanır. Orada baş verən proseslər maraqla, hətta deyərdim nigarançılıq və həyacanla izlənir”. Bunu Modern.az-a açıqlamasında Azərbaycanın eks -prezidenti Ayaz Mütəllibov Ermənistanın hakimiyyət daxilində baş verən hadisələrə münasibət bildirərkən deyib. O bildirib ki, Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbsi heç də Qarabağ münaqişəsinə müsbət təsir etməyəcək. “Maraq və nigarançılığı başa düşmək olar. 30 ilə yaxındır məhz ermənilərin bizə, yəni, öz qonşularına qarşı etdiyi xəyanət, aqressiya nəticəsində xalqımızın başına olmazın bəlalar gəldi. Dövlətimizə dəymiş maddi, mənəvi, insani zərərlərin miqyası dəhşətli bir dərəcədədir. İndi həmvətənlərimizin oradakı prosesləri diqqətlə izləməsinin kökündə, məhz bu proseslərin Qarabağ məsələsində hansı müsbət dəyişiklərə səbəb olacağı durur. Amma inanın ki, “Qarabağ məsələsinin müsbət həllinə bu dəyişiklərin heç bir təsiri olmayacaq” desək yanılmarıq. Ermənistan torpaqlarımızı ölkəmizdə siyasi böhran yaranmasından istifadə edərək, Bakıda hakimiyyət üstündə çəkişmələr baş verdiyi zamanlarda zəbt edib. Ermənilər daima böyük güclərin bölgədəki maraqlarından istifadə edərək öz xain maraqlarını həmin mərkəzlərin maraq dairəsinə uyğunlaşdırıb. Və bizə qarşı təxribatlartörədiblər. Amma bu əbədi davam edə bilməz, onlar bir şeyi dərk etməlidirlər ki, Azərbaycan xalqı heç bir yana gedən deyil, burada qonşuluqdadır. Xalqımız heç bir zaman Dağlıq Qarabağın və digər rayonların işğalı ilə barışmayacaq. Əgər öz normal gələcəklərini təmin etmək istəyirlərsə dərhal işğal etdikləri əraziləri qaytarmalı, soydaşlarımızın öz evlərinə qayıtmalarına maneçilik etməməlidirlər”. Ayaz Mütəllibovun sözlərinə görə, Qarabağın azad edilməsi milli birliyimizdən daha çox asılıdır. “Ermənistanda hakimiyyətdə peyda olmuş yeni simalar köhnə klanla öz haqq- hesablarını aparırlar və yeni hakimiyyət öz fəaliyyətlərini planlı şəkildə həyata keçirir. Bunun Qarabağ məsələsində nəsə bir dönüş yaradacağını fikirləşmək erməni siyasətçilərini tanıyanlar üçün sadəlövhlük hesab olunar. Biz bu kimi siyasi proseslərə aludə olmamalıyıq. İşğal altında olan torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi Ermənistanda gedən siyasi proseslərdən yox, bizim bir xalq olaraq iradəmizdən, milli birliyə nail olub bir məqsəddən çıxış etməyimizdən asılıdır. Bütün dünya bilməlidir ki, Azərbaycan xalqı torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacaq, bir qarış torpağını heç kimə güzəşt qetməyəcək. Qarabağsız Azərbaycanın gələcəyini təsəvvür etmək belə mümkün deyil. Bir daha qeyd edirəm ermənilər normal insan kimi yaşamaq istəyirlərsə və öz həyatlarının təhlükəsizliyini təmin etmək istəyirlərsə dərhal Azərbaycana qarşı bütün iddialarından əl çəkməlidirlər, əks halda heç bir qüvvə onları sığorta edə bilməyəcək”. Geri qayıt |