Əsas Səhifə > Partiya, Güney Press > Azərbaycan ABŞ məhsullarını boykot edə bilərmi?

Azərbaycan ABŞ məhsullarını boykot edə bilərmi?


16-08-2018, 09:27
Azərbaycan ABŞ məhsullarını boykot edə bilərmi?
ABŞ-la gərginləşən münasibətlər fonunda Türkiyə tərəfi bir çox Amerika məhsulunun idaxalından imtina məsələsini gündəmə gətirib.

Türkiyəyəyə dəstək məqsədi ilə belə bir məsələ ölkəmizdə də gündəmə gələ bilərmi? Azərbaycanın da ABŞ məhsullarından imtina etməsi mümkündürmü?

Moderator.az-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu belə bir məsələnin gündəmə gəlməsinin arzuedilən olduğunu vurğulasa da, bunn baş verib-verməyəcəyi ilə bağlı qəti mülahizə yürütməyin çətin olduğunu söylədi:

“Belə bir məsələnin gündəmə gəlməsi normal olardı, amma məsələ ondadır ki, biz hətta Azərbaycanla bağlı bəzi məsələlərdə belə lazımi birlik nümayiş etdirə bilmirik. Türkiyədə isə vəziyyət xeyli fərqlidir. Orada cəmiyyətin əhval-ruhiyyəsi də başqdır. Insanlar kifayət qədər birlik nümayiş etdirirlər. Ona görə də təklif etdiyiniz məsələni nəzəri baxımdan mümkün hesab etsəm də, bunun baş verib-verməyəcyi haqqında qəti nə isə demək çətindir. Çünki belə bir addım atıla da, atılmaya da bilər”.

Geri qayıt