Əsas Səhifə > Partiya, Güney Press > “Ordu ilə yanaşı, cəmiyyəti də müharibəyə hazırlamaq lazımdır”
“Ordu ilə yanaşı, cəmiyyəti də müharibəyə hazırlamaq lazımdır”21-08-2018, 09:15 |
“Ordu ilə yanaşı, cəmiyyəti də müharibəyə hazırlamaq lazımdır”. Bunu Moderator.az-a açıqlamasında AXP sədri Pənah Hüseyn bildirib. Onun sözlərinə görə, siyasi danışıqların fayda vermədiyi, Ermənistanın uzun illərdir ki, problemin sülh yolu ilə həllinə əngəllər yaratdığı bir situasiyada ən effektiv yol məhz budur: “Söhbət hansısa ölkəyə hücum etməkdən yox, işğaldakı torpaqlarımızı azad etməkdən gedir. Azərbaycan ərazisinin 20%-i terrorçulaın nəzarəti altındadır. Işğalçıları oradan çıxarmaqa ərazi bütövüyümüzü təmin etmək qarşımızda duran ən başlıca vəzifələrdən biridir. Bu, BMT-nin özünümüdafiə prinspinə uyğundur və Azərbaycan da məlum addımları məhz bu beynəlxalq qanunlara istinadən həyata keçirməlidir. Belə bir yanaşma daha düzgün, daha məntiqlidir. Çünki Ermənistan uzun müddətdir ki, Qarabağ probleminin sülh yolu ilə həllinə maraq göstərmir, öz işğalçılıq siyasətindən imtina etmir. Belə olan halda Azərbaycanın digər variantları gözdən keçirməkdən başqa yolu qalmır”. Geri qayıt |