Əsas Səhifə > Partiya, Güney Press > Bu günü bayram kimi qeyd edək
Bu günü bayram kimi qeyd edək4-09-2018, 12:25 |
11 gündən sonra müstəqil Azərbaycanımızın paytaxtı Bakının düşməndən azad edilməsinin 100 illiyi tamam olur. Bu tarix bizim üçün rəsmi bayram kimi tanıdığımız 9 May Qələbə günündən daha əhəmiyyətlidir. Kult.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa qeyd edib. O, 1918-ci ilin 15 sentyabrında Bakının bolşevik hərbi birləşmələrindən azad edilməsinin bayram kimi qeyd edilməsinin vacib olduğunu bildirib: “Təsəvvür edin ki, Bakı həmin məqamda düşmən əlində qalmış olsaydı, bu gün fərqli statusa sahib bir şəhər kimi başqa qüvvələrin yeminə çevriləcəkdi. Bakısız hansı şəkildə Azərbaycandan söhbət gedə bilərdi ki? Göz bəbəyimiz Bakını məhz Nuru Paşanın komandanlığı altında türk əsgəri xilas edib və Azərbaycana qaytarıb”. Millət vəkili qeyd edib ki, 100 il yubiley olsa da, bu şərəfli tarixi xatırladacaq nəinki bir film çəkilib, Nuri Paşaya abidə qoyulub, hətta indiyədək Bakıya sevginin əlahiddəliyini göstərmək üçün şeir yazıb, mahnı bəstələyənlər də bu şəhəri ancaq xəzri və ya gilavarla, qara və ya ağ şanı ilə tanıtmağa çalışıblar: “Halbuki Bakının tanıtımını, ən dəyərli şərəf tarixini məhz bu gündən başlamaq lazım idi. Heç olmasa, öz ölkəsinin müstəqilliyinə dəyər verən və şəhid türk əsgəri qarşısında vəfa borcunu anlayan insanlar fərdi qaydada da olsa, 15 sentyabr günü Şəhidlər Xiyabanında türk əsgərinin xatirə kompleksini ziyarət edərək, bu tarixin millətimiz üçün önəmini göstərsinlər”. Geri qayıt |