Əsas Səhifə > Partiya, Güney Press > YAP-cı deputat “Qarabağ mitinqi”ni DƏSTƏKLƏDİ:
YAP-cı deputat “Qarabağ mitinqi”ni DƏSTƏKLƏDİ:28-09-2018, 12:36 |
Bakı şəhər İcra Hakimiyyəti Qarabağ Azadlıq Təşkilatınıən (QAT) təşəbbüsü ilə keçiriləcək, və bir sıra ictimai xadimlər, Qarabağ döyüşçülərinin təşkilat komitəsində təmsil olunduğu "Qarabağ mitinqi”nə icazə verib. Mitinq sentyabrın 29-da saat 15.00-dan 17.00-dək Yasamal rayonu ərazisində,”İnşaatçılar” metrostansiyasının yaxınlığındakı "Məhsul” stadionunda keçiriləcək. Təşkilatçılar bəyan ediblər ki, 29 sentyabr "Qarabağ mitinqi” ideyası Azərbaycan ictimaiyyətinin ölkə daxilində, habelə xaricdə yaşayan ən geniş təbəqələri tərəfindən müdafiə olunur və mitinqdə iştirak edəcəkləri barədə minlərlə insanın çağrışları KİV- də, sosial şəbəkələrdə, əhali arsındakı canlı müzakirələrdə səslənib. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov Modern.az-a açıqlamasında “Qarabağ mitinqi”nin keçrilməsinə münasibət bildirib. YAP rəsmisi hesab edir ki, mitinq Qarabağla bağlı olduğundan orada hər bir kəs iştirak etməlidir: “Bu mitinq Azərbaycan millətinin mitinqidir. Burada iqtidar, müxalifət adı olmamalıdır. Qarabağ problemi bütün Azərbaycanın dərdidir. Burada müxalifət və iqtidar yoxdur. Ona görə də hesab edirəm ki, mitinqə hamı qoşulmalıdır. Amma mitinq də mitinq səviyyəsində olmalıdır. Mitinq Bakı şəhər İcra Hakimiyyətinin icazəsinə hörmət əlaməti olaraq qaydalara uyğun keçirilməlidir”. E.İbrahimov deyib ki, sentyabrın 29-da keçiriləcək "Qarabağ mitinqi” elə bir aksiya olmalıdır ki, onu ümumxalq mitinqi adlandıra bilək: “Çünki biz Qarabağla bağlı mitinq keçiririk və düşmən də bizə kənardan baxıb gülməsin ki, bu nə mitinqi filan...”. Geri qayıt |