Əsas Səhifə > Partiya, Güney Press > “Kitabımda yazmışdım ki, “Nəhayət bu şər imperiyasının qanunvericilik orqanının son sessiyasında iştirak etmək mənə qismət oldu”
“Kitabımda yazmışdım ki, “Nəhayət bu şər imperiyasının qanunvericilik orqanının son sessiyasında iştirak etmək mənə qismət oldu”18-10-2018, 08:50 |
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Həmin illərdə Azərbaycanın müstəqilliyinə səs verən iyirmi beş deputat bolkunun həmsdəri olan xalq şairi Sabir Rüstəmxanlı Moderator.az-a açıqlamasında o illərlə bağlı öz xatirələrini bölüşdü: “Milli Məclisdə oktyabrın 18-də müstəqilliyimiz elan olunanda bunun əsas təşkilatçısı müstəqil Azərbaycan blokunun iyirmi beş nəfər deputat idi və mən də o blokun həmsədri idim. Çox böyük əziyyətlərlə buna nail olduq. Amma təəssüf ki, bizim rəhbərlik SSRİ-nin dağıldığını görmürdü, həmin vaxtı 1991-ci ilin mart ayında “Azərbaycan” qəzetində yazmışdım ki, “Görmürsünüz ki, bu xaraba dağılır?!”. Azərbaycanın o vaxtkı rəhbərliyi saxta yollarla səsvermənin nəticələrini dəyişərək bildirdi ki, guya xalq SSRİ-nin qalmağının tərəftarıdır. Bir neçə ay sonra avqustun 19-da Moskvada olan hakimiyyət dəyişikliyi zamanı, hakimiyyət qeyri-qanuni yolla özünü hakimiyyət elan edən çevriliş başçılarını müdafiə etdi, amma Xalq Cəbhəsi qanuni hakimiyyəti müdafə etdi. Buna görə də Moskva ilə Azərbaycanın Moskavanı müdafiə edən rəhbərləri arasında münasibəti pozuldu. Sentyabrın 30-da müstəqillik bəyannaməsi qəbul olundu. Bu o vaxt idi ki, artıq bütün respublikalar dərk edirdi ki, artıq SSRİ-i dağılır və onlar da müstəqilliklərini elan etmişdilər. Sentyabrın 1-də Moskvada SSRİ-i Ali Sovetinin sessiyası çağırıldı və ora respublikaların müxalifət düşərgələrindən seçilmiş bir neçə deputat da dəvət olundu və onlardan biri də mən idim. Baxmayaraq ki, Xalq Cəbhəsinin binasına basqın olunan zaman başımı yarmışdılar və Moskvaya gedəndə sarğımı saçımın içində gizlədim o vəziyyətdə sessiyaya getdim. İki gün keçirilən sessiyada gördüm ki, doğrudan da ölkə dağılır. Orda Qarbaçov da çıxış etdi və müxtəlif respublikaların özlərinin mütəqilliyini elan etdikdən sonra Qaraboçvun artıq bir vəzifəsi də qalmırdı. Ona görə də həmin sessiya əslində SSRİ-nin varlığına xitam verdi. Kitabımda yazmışdım ki, “Nəhayət bu şər imperiyasının qanunvericilik orqanının son sessiyasında iştirak etmək mənə qismət oldu”. Azərbaycana qayıdandan sonra mübarizəmizi daha da genişləndirdik. Nəhayət oktyabrın 18-də mart ayında SSRİ-nin qalmasına səs verən kominist deputatlarını da məcbur etdik ki, Azərbaycanın müstəqilliyinə səs versinlər. Amma Milli Məclisi əhatə edən xalqın iradəsi idi. Üç rəngli bayrağımız meydana gətiriləndə mən ağlayırdım. Ölkəmiz 1918-ci ildə iyirmi üç ay müstəqil oldu. Amma 1991-ci ildə biz onu yenidən bərpa etdik. Hər ikisi böyük bayramdır və ona görə də bu bayramlar xüsusi qeyd olunmalıdır. Partiyalar ayrı-ayrılıqda bunu qeyd edir. Mən çox istəyərdim ki, bu bayramlar birləşdirilsin və dövlət özü bu tədbirləri keçirsin, çünki dövlət öz varlığını həmin günlərə borcludur. Vətəndaş həmrəyliyi olmadan dövlətin gələcəyini qoruyub saxlamaq mümkün deyil”. Geri qayıt |