Əsas Səhifə > Partiya, Güney Press > "Qüdrət Həsənquliyevin Milli Məclisdəki çıxışlarını, təklifərini təhrif edib mətbuatda, sosial şəbəkədə yayırlar"

"Qüdrət Həsənquliyevin Milli Məclisdəki çıxışlarını, təklifərini təhrif edib mətbuatda, sosial şəbəkədə yayırlar"


10-11-2018, 10:20
"Qüdrət Həsənquliyevin Milli Məclisdəki çıxışlarını, təklifərini təhrif edib mətbuatda, sosial şəbəkədə  yayırlar"
“Son günlər məqsədi şəkildə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Milli Məclisdəki çıxışlarını, təklifərini təhrif edib mətbuatda, sosial şəbəkədə yayırlar. Bunu sifariş verənlərin də kim olduqlarını çox yaxşı bilirik."

Bunu Moderator.az -a BAXCP sədrinin müavini, tanınmış QHT sədri Niyaməddin Orduxanlı bildirib.

Onun sözlərinə görə, bu sifarişi yerinə yetirənlərin məqsədi bəllidir:

"Düşünürlər ki, bu cür yollarla, vasitələrlə Qüdrət bəyin nüfuzuna zərbə vuracaqlar. Hər kəs və o cümlədən də Azərbaycan cəmiyyəti çox yaxşı bilir ki, Qüdrət Həsənquliyev öz xalqına, dövlətinə və prinsiplərinə hər zaman sadiq olub! Dövlət və milli maraqları hər zaman qoruyub! Əhalinin sosial vəziyyətinin daha da yaxşılaşması üçün bir milət vəkili kimi müsbət təkiflərlə çıxış edib. Son günlər sosial şəbəkədə Qüdrət bəyin Milli Məcisdəki cıxışını qəsdən tam şəkildə vermirlər, kəsərək təhrif olunmuş formada yayırlar. Hər kəsin gözü qarşısında çıxış edən Qüdrət bəy Sinqapurun baş naziri Li Kuanin öz ölkəsində korrupsiyaya qarşı mübarizə metodunu və islahatların aparılmasını misal çəkib. Sinqapur nümunəsində ölkənin hakimlərinin, nazirlərinin və dövlət məmurlarının əmək haqlarının yüz minlərlə dollara qaldırılmasını və bunun nəticəsində korrupsiyanın tamamilə aradan qaldırılmasına nail olunduğunu bildirib. İslahatların daha da dərinləşməsi üçün bundan başlanılmasının önəmini qeyd edib. Həmçinin də ölkəmizdə orta əmək haqqının, yəni, təhsil, səhiyyə və s. sahədə çalışan şəxslərin maaşlarının 3000 manata qaldırılmasını və belə olduğu təqdirdə spikerin, deputatın əmək haqqının 8000 manat ola biləcəyini qeyd edib. Bunun nəyi pisdir ki?! Bu gün faktiki ölkəmizdə orta əmək haqqı 500 manat təşkil edir və deputat da 2500-3000 manat əmək haqqı alır. Digər bir məsələ. İki gün bundan qabaq, Milli Məclisin komitə iclasında onlarla şəxsin, mətbuat nümayəndəsinin önündə çıxış edən Qüdrət Həsənquliyev deyib ki, "Cənab Prezident 1 may 2017-ci ildə fərman imzalayıb ki, yol hərəkəti qaydalarına görə, Vergilər Nazirliyi tərəfindən təyin olunan cərimələrin 25 faizinin 5 faizi, “Dövlət rüsumu haqqında” qanuna uyğun olaraq toplanan rüsumların 25 faizinin 5 faizi Prezident Administrasiyasının əməkdaşlarının əmək haqlarına əlavə edilir. Düşünürəm ki, bu yaxınlarda Nazirlər Kabineti ilə bağlı da belə qərar qəbul olunacaq. Cərimələrin 2 faizi onların əmək haqlarına yönəldiləcək. Yaxşı olardı ki, Milli Məclisə də heç olmasa buradan 3 faiz ayrılsın. Ya da cərimələr üzrə əlavələrin verilməsi qaydası tamamilə ləğv olunsun. Vahid əmək haqqı ilə bağlı tarif müəyyən olunsun. Prezident hər dəfə əmək haqqının artırılması ilə bağlı sərəncam imzaladıqda bu, hamıya şamil olunsun”.

Komitə iclası bitməmiş bəzi mətbuar orqanlarında yenə də Qüdrət bəyin çıxışını təhrif edib yaydılar. Bir daha qeyd etmək istəyirəm ki, bu adamlar düşünməsin ki, onların böhtanlarına, şantajlarına sona qədər dözəcəyik. Hər biri yaxın zamanlarda məhkəmə qarşısında cavab verəcəklər”.

Geri qayıt