Əsas Səhifə > Partiya, Güney Press > "Bu səbəbdən də dostum Hacıbala müəllimdən incik qaldım"

"Bu səbəbdən də dostum Hacıbala müəllimdən incik qaldım"


23-11-2018, 08:31
"Bu səbəbdən də dostum Hacıbala müəllimdən incik qaldım"
Moderator.az xəbər verir ki, əməkdar elm xadimi, görkəmli filosof Şahlar Əsgərov YAP-ın yaradılmasının 26-cı ildnümü tədbirində baş nazirinin müavini Hacıbala Abutalıbovun çıxışına maraqlı şərh verib:

"Srağagün YAP yaradılmasının 26 -cı ildönümü qeyd edildı. Əsas məruzəni hörmətli Hacıbala Abutalıbov etdi. Konfutsidən, Heygeldən misallar gətirdi. İki dəfə Nəbi Xəzridən şeir oxudu. Ulu öndər Heydər Əliyevin ideyalarına sadiqlikdən danışdı, ancaq bu ideyanı özündə ehtiva edən Heydər Əliyevin bir fəlsəfi fikrini (Heydər Əliyevin 100 fəlsəfi fikri tərəfimizdən üç dildə çap olunub) belə söyləmədi. Gözləyirdim ki, ulu öndərin ziyalılara məktubunda əks olunan qiymətli fikirlərdən birini: “əgər hər bir ölkənin xalqları öz hüquqlarını anlayarsa və qoruya bilərsə, onda ən kiçik ölkələr belə böyük məmləkətlər qədər qüdrətli olar”. söyləyər. Amma söyləmədi.
Güman edirdim ki, sonda hörmətli dostum, yəqin bizə təskinlik üçün Səməd Vurğunun “Ölüm sevinməsin qoy, ömrün vermir badə, el qədrini özündən daha əziz bilənlər. Şirin bir xatirə kimi qalacaqdır dünyada, sevərək yaşayanlar, sevilərək olənlər”. Bunu da demədi. Amma məruzə gürultulu alqışlarla qarşılandı. Anlamadım, alqış nə üçündür? Məgər şablon fikirlər alqış düşür? Qısası, hörmətli Hacıbala müəllimdən Heydər Əliyev fəlsəfəsi ilə yüklənmiş çıxış gözləyirdim. Etmədi və bu səbəbdən də dostum Hacıbala müəllimdən incik qaldım. O, bizə Konfitsidən, Heygeldən yox, Heydər Əliyev ideyalarından danışmalı idi. O isə Heydər Əliyevi mütəllibovlaşdırdi, elçibəyləşdirdi, vəzirovlaşdırdı, adiləşdirdi. Bu yaxınlarda ABŞ –ın “Philosophy Study” (June, 2018) jurnalında məqaləsi çıxmış bir alim (həm də Heydər Əliyev fəlsəfəsini dərindən bilən birisi ) kimi, əminəm ki, bütün dünya filosofları onunla bir stolda çay içmək şərəfinə nail olmaq üçün sıraya düzülərdilər. Bu fürsətdən istifadə etmədiyi üçün dostumdan incidim".

Geri qayıt