Əsas Səhifə > Partiya, Güney Press > "Qərbin çevrəsində olan kəşfiyyat mərkəzləri anlayır ki, İlham Əliyevin alternativi qeyd etdiyimiz qüvvələr deyil"
"Qərbin çevrəsində olan kəşfiyyat mərkəzləri anlayır ki, İlham Əliyevin alternativi qeyd etdiyimiz qüvvələr deyil"21-12-2018, 08:41 |
Araşdırmaçı jurnalist Xədicə İsmayıla Qərb təşkilatlarının 500 min avro qrant ayırdığı barədə iddialar yayılıb. Xanım jurnalistin bank hesabı bağlı olduğu və birbaşa qrant ala bilmədiyi üçün bu qrantların müxtəlif kanallar vasitəsilə ona çatdırıldığı bildirilir. X.İsmayıla bu qədər yüksək məbləğin onun milli, dini qruplar, seksual azlıqlar, gənclər, habelə tələbələr arasında sosioloji araşdırmalar aparmaq üçün verildiyi qeyd olunur. Səslənın iddialarda deyilir ki, qrant uzunmüddətli planda ölkədə müxtəlif sosial qruplar arasından və dini icmalardan narazıları aşkar edib səfərbər etmək məqsədinə hesablanıb. O da vurğulanır ki, X.İsmayıl yarım milyon avroluq qrantın bölüşdürülməsini təkbaşına həyata keçirir. Yəni pulları özünə yaxın olan fəallara ötürür. Bu isə bəzi müxalifət liderləri arasında bərk qıcıq yaradıb. Məlumata görə, onlar bu qədər böyük maliyyə tranşlarının əsas müxalifət partiyalarına deyil, siyasi mübahisəyə dolayısı ilə cəlb edilmiş fərdi şəxslərə ayrılmasından narazıdırlar və bununla bağlı Qərb ölkələrinin səfirliklərinə şikayət ediblər. X.İsmayıl yayılan xəbərləri təkzib edib. O, bank hesabları bağlı olduğu üçün bunun mümkün olmadığını bildirib. İqtidaryönlü deputat Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, Qərb adından çıxış edən donor təşkilatlar öz-özlüyündə Avropa maraqlarını təmsil etmirlər: “Burada təəssüflər olsun ki, vahid bir siyasətdən danışmaq mümkün deyil. Əslində Azərbaycanın regional siyasətini dəyərləndirən, bu bölgədə uzun illər boyu hökm sürən iqtisadi, siyasi reallıqları dəyişdirməyə çalışan bir dövlətə kömək göstərməli idilər. Bu geopolitikanı, qüvvələr nisbətini dəyişən bir tərəfə qarşı münasibətlər yalnız kömək edici bir stildə olmalı idi. Hər bir vəchlə Azərbaycanın hökumət qurumlarına dəstək verilməli idi ki, biz Avropaya inteqrasiyanı daha sürətli şəkildə keçək. Əksinə ötən illər ərzində biz onu müşahidə etdik ki, iqtidar əleyhinə olan qüvvələr mükafatlandırılır. Digər tərəfdən, etnik, milli mənsubiyyətlərinə görə şübhəli olan qüvvələrin hamısı himayə altındadır. Partiyalara yaxınlığı ilə seçilən QHT-lər isə sanki həmin qüvvələrin maliyyələşməsində tramplin rolunda çıxış edirlər. Burada sözsüz ki, mübarizə hakimiyyət uğrunda getmir. Qərbin çevrəsində olan kəşfiyyat mərkəzləri anlayır ki, İlham Əliyevin alternativi qeyd etdiyimiz qüvvələr deyil, daha çox xaosdur. Təzyiqlər qarşısında hansısa bir güzəştlər qazanacaqlarını düşünürlər. 5-10 milyon xərcləyib, bunun ikiqatını qazanacağıq xətti üzərində hərəkət edirlər. Xədicə İsmayıl belələri sırasında çox əlverişli qüvvədir. Çünki ən azından o həm müxalifətə müxalif olan, həm də hakimiyyətin əleyhinə olan bir şəxsdir. Nəzərə almaq lazımdır ki, qeyd olunan istiqamətdə istənilən qədər problem yaratmaq, onu süni şəkildə uydurmaq mümkündür. Etnik, milli konteksdə Azərbaycanda savaş yoxdur. Açığı qeyd olunan layihələrə ayrılan məbləğləri real sayıram. Bu bir informasiya orqanında gedən məlumatdır. Bunu qətiyyən qərbçiliyə salmaq, üzərinə sual işarəsi qoymaq fikrində deyiləm. O şəxslərin demokratiya damarının tutmasının başqa səbəbləri yoxdur. Əsas məsələlər əlahəzrət pula bağlıdır. Həmin dollarlar üzərindən bunlar uzun illərdir mübarizə aparırlar. Reallıqda öz mənafelərini hər zaman öndə tutublar. Yoxsa insanlar səhərdən axşama qədər klavyatura arxasında oturub, yaxud telefon vasitəsilə iqtidar əleyhinə necə informasiya savaşı apararlar? Tural Sadıqlı, Orduxan Teymurxan, Vidadi İsgəndərli kimi rəzil, tüfeyli adamlar YouTube kanalına çöküblər və oradan zəhər axıdırlar. Xədicə İsmayıl da buradan onu davam etdirməkdədir. Bu nəyin əsasındadır? Hər şey qeyd etdiyimiz vəsaitlərə bağlıdır. Lev Tolstoyun məşhur bir ifadəsi var. O deyir ki, vətənpərvərlik şüarı əclafların sığındığı son sığınacaqdır. Həqiqətən də bu qeyd etdiyimiz əclafların sığındıqları son silahdır. Yarım milyon avro bizim üçün kiçik bir rəqəm deyil. Manatla bu bir milyona yaxın vəsait edir. Bununla ölkənin idarəçilik sistemini çirkaba batırmaq, bütün vəziyyəti qaranlıq durumda göstərmək mümkündür. Müsbət heç nə görməyəcəklər. Deyə bilməzsən ki, 10 minə yaxın məcburi köçkünün vəziyyəti ağır idi, onları qəsəbə tikib yaxşı bir yerdə yerləşdirmisən. Bunu görə bilməzsən, mümkün də deyil. Deputat olduğum Bərdədə təkcə hökumət tərəfindən həyata keçirilən layihələr hesabına 400-dən artıq yeni su artizan quyusu qurulub. 32-34 məktəb sıfırdan yenidən tikilib. 111 kəndin qazı çəkilib. Bütün bunların hamısının nəticəsi insan haqqını qorumaqdır. Bunları hansısa hesabatlarında göstərərlər? Xeyr. Deyəcəklər ki, haradasa iki şəhidin problemi var, gəlin onu qabardaq. Xədicə İsmayılın pulu çirkabdan çıxır. Ölkə iqtidarı hesabına bu pulları qazanır. Onların demokratiya, söz azadlığı kimi epitetləri mənə ironik görünür. Onların arxasında dayanan böyük pul kütlələri var. Hesabları bağlı olduğu üçün pullar onlara Gürcüstan üzərindən gəlir. Maliyyə mənbələri onları ayaqda saxlayır. Əksəriyyəti iqtidar əleyhinə mübarizəyə görə mükafatlandırılırlar. Mövsümi olaraq şərait dəyişir. Bəzən Əli Kərimliyə, bəzən də digərinə maliyyə dəstəyi göstərəcəklər. Hər kəsə bəllidir ki, bir yerdə işləmirsən, ictimai həyatda yerin yoxdur, biznes strukturlarında təmsil olunmursan. Biz müxalifətin müflis durumda olmasını arzulamırıq. Amma ən azından reallığı özləri bəyan etsinlər. Desinlər ki, təkcə yardımlar hesabına deyil, donorların ayırdıqları məbləğlər, eləcə də, səfirliklərlə görüşlər sayəsində əldə olunan maliyyələr hesabına fəaliyyət göstərir. Əvvəlki illərlə müqayisədə doğrudan da müxalifətin vəziyyəti olduqca ağırdır. Belə təsəvvür edək ki, Trampın dövründə ondan əvvəlki Barak Obama və digərlərinin dövründəki kimi investisiyalar qoyulmur, yardımlar edilmir. Müxalifətin pulunun böyük bir hissəsi kəsilib”. Geri qayıt |