Əsas Səhifə > Partiya, Güney Press > İndiyədək 4 partiya illik maliyyə hesabatı verib

İndiyədək 4 partiya illik maliyyə hesabatı verib


13-02-2019, 10:07
İndiyədək 4 partiya illik maliyyə hesabatı verib
Mərkəzi Seçki Komissiyasına (MSK) 2018-ci il üzrə maliyyə hesabatını təqdim edən siyasi partiyaların sayı məlum olub.

Bu ilin əvvəlindən indiyədək 4 siyasi partiya illik maliyyə hesabatını MSK-ya təqdim edib.

Bunlar hakim Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Xalq Demokratik Partiyası, “Birlik” Partiyası və Azərbaycan Naminə Alyans Partiyasıdır.

Qeyd edək ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.(report.az)

Geri qayıt