Əsas Səhifə > Partiya, Güney Press > “Əli Kərimli vətəndaşı küçə sözləri ilə təhqir edib”
“Əli Kərimli vətəndaşı küçə sözləri ilə təhqir edib”1-03-2019, 11:19 |
“Bu günlərdə sosial şəbəkədə çox maraqlı və maraqlı olduğu qədər də düşündürücü bir videogörüntü yayıldı. 26 fevralda bir nəfər vətəndaş öz dəstəsi ilə “Xocalı” abidəsinə tərəf gedən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə yanaşaraq ona bir şəkil göstərir və sual verir. Sədr sualdan yayınır, onun ətrafındakılar isə vətəndaşı qovmağa çalışırlar. Vətəndaş inadkarcasına sualını təkrar edir və birdən partiya sədri açıq kamerya vətəndaşı söyməyə və şəxsiyyətini təhqir etməyə başlayır”. AzVision.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkili xatırladıb ki, hər şey vətəndaşın Azərbaycan siyasi partiya sədrinə sual verməsindən başlayır: “O, YAP-çı və ya AXCP-çi, sahibkar və ya sürücü, cavan və ya yaşlı, professional politoloq və ya sadəcə həvəskar ola bilər. Bunun heç bir əhəmiyyəti yoxdur. O, vətəndaşdır və siyasətçiyə sual vermək və cavabını istəmək hüququ var. Ona görə ki, siyasi partiya rəhbəri siyasi hakimiyyət uğrunda mübarizə aparır və vətəndaş onu idarə etmək və taleyini müəyyən etmək iddiasında olan insanı daha yaxşı tanımaq istəyir. O, lideri olmaq istəyini elan edən şəxsin açıq danışmasını istəyir. Çünki, siyasətçi cəmiyyət üçün tam aydın bir şəxs olmalıdır. Əvəzində isə siyasi hakimiyyətə iddialı olan siyasi partiya rəhbəri, vətəndaşı nəinki siyasətçiyə, hətta adi insana yaraşmayan tərzdə vətəndaşı küçə sözləri ilə təhqir etməyə başlayır. Görünən o oldu ki, Əli Kərimli xalqla, vətəndaşla başqa cür danışa bilmir, siyasi təcrübəsi ona adi insanlarla danışmaq, ona hörmətini göstərmək, hətta ona xoş gəlməyən suallara cavab vermək qabiliyyətini öyrətməyib. Vətəndaş onun üçün hakimiyyətə gəlmək vasitəsidir, onun çağırdığı mitinqə gələn insan sayıdır, adından danışdığı, ancaq adına hörmət etmədiyi bir subyektdir”. A.Mirzəzadə Əli Kərimlinin cavab vermək əvəzinə təhqir etdiyi vətəndaşın suallarını qeyd edib: - Xaricdə təhsil alan oğlunuzun maliyyə mənbəyi haradandır? - Azərbaycan Prezidentinin oğlu hərbi xidmət çəkdiyi halda, sizin oğlunuz niyə hərbi xidmətə getmir?” Geri qayıt |