Əsas Səhifə > Partiya, Güney Press > “İsgəndər Həmidov arqumentlərini əsaslandıra bilmirdi”

“İsgəndər Həmidov arqumentlərini əsaslandıra bilmirdi”


2-04-2019, 11:02
“İsgəndər Həmidov arqumentlərini əsaslandıra bilmirdi”
Ağ Partiya sədri Tural Abbaslı sabiq daxili işlər naziri İsgəndər Həmidovla aralarında baş verən narazılıqdan danışıb.

T.Abbaslı “Report”a açıqlamasında deyib ki, İsgəndər Həmidov onu təmsil olunduqları Azərbaycan Xalq Hərəkatından çıxarmaq istəyir.

Onun sözlərinə, hərəkatın sonuncu iclasında İsgəndər Həmidov hərəkatdan çıxarılmağını təklif edib: “O bildirdi ki, Tural Abbaslı hərəkata daxil olmayan partiyaların rəhbərləri ilə görüşlər keçirir, müzakirələr aparır. Sonra dedi ki, guya mən müsahibələrimdə yaşlı siyasətçilərin geri çəkilməsini istəmişəm. Mən də ona cavab olaraq dedim ki, hərəkatın Əsasnaməsində bu cür hallara görə xaric edilmə nəzərdə tutulmayıb. Kiminlə görüşürəmsə, qərarı özüm verirəm, hər bir partiya rəhbəri bunu edə bilər. Burada gizli nə var ki? Ağ Partiyanın başqanıyam, hansısa hərəkatın adından çıxış etməyə ehtiyacım yoxdur. Müsahibələrimdə dediyim fikirlər də xaric edilməyimə səbəb ola bilməz. Onun arqumentləri absurd idi, heç cür əsaslandıra da bilmirdi. İsgəndər Həmidovla aramda gərginlik yaşandı. Səsvermə zamanı onun təklifi keçmədi”.

O bildirib ki, İsgəndər Həmidova xüsusi aqressiyası yoxdur, münasibət işçi qaydadır.

T.Abbaslı Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının Xalq Hərəkatından xaric edilməsinə də münasibət bildirib: “Səbəb onun fəaliyyətinin Xalq Hərəkatına ziyan vurması göstərilib. Konkret olaraq fikir budan ibarət idi ki, ikigedişli fəaliyyət ziyanlıdır, ona görə də Nemət Pənahlı xaric edilməlidir, bu da səsverməyə çıxarılaraq qəbul olundu. Mən isə bu məsələdə bitərəf qalmışdım”.

Geri qayıt