Əsas Səhifə > Partiya, Güney Press > “Düşmən işğal etdiyi torpaqlarda özünü çox arxayın hiss edir”
“Düşmən işğal etdiyi torpaqlarda özünü çox arxayın hiss edir”21-05-2019, 09:26 |
Şuşa və Laçının işğalının 27-ci ildönümü düşmən tərəfindən təntənə ilə qeyd edildi. Hansı ki, bəzi azərbaycanlı ekspertlər yallı və atəşfəşanlıq fonunda keçən bayran tədbirlərini əngələmək üçün düşməni qorxudacaq xəbərdarlıq xarakterli addımların atılması ilə bağlı təkliflər səsləndirdi. Düşməni qorxutmaq, ona yönəlik xəbərdarlıq xarakterli hansısa addımlar atmaq Azərbaycan üçün təsəlli sayıla bilərmi? Yoxsa bu problemi həll etmək üçün ciddi, fundamental və qəti addımların atılmasına ehtiyac var? Moderator.az-a açıqlama verən AMİP lideri Etibar Məmmədov düşmənin Azərbyacana qarşı açıq həyasızlıq sərgilədiyini təsdiqlədi: “Təbii ki, ermənilər qorxmadıqları üçün belə hərəkətlər edir. Görünən odur ki, onlar özlərini çox arxayın hiss edirlər. Dəfələrlə bildirmişik ki, düşmənə sakit yaşamağa imkan vermək olmaz. Düşmən işğal edilmiş ərazilərdə daim özünü təhlükədə hiss etməlidir. Bunun üçün hərbi baxımdan lazımı tədbirlər görülə bilər və görülməlidir. Düşmən bu təzyiqi hiss etməli, bayram əhval-ruhiyyəsində olmamalıdır. Deməli, biz onlara imkan vermişik ki, onlar da bayram edirlər. Düşməndə inamsızlıq yaratmaq, insanlarımızda isə qələbəyə inam yaratmaq üçün ermənilərə yönəlik təzyiq xarakterli bu cür addımların atılmasına ehtiyac var”. Geri qayıt |