Əsas Səhifə > Partiya, Güney Press > AXCP fəalı mühacir biznesində

AXCP fəalı mühacir biznesində


18-07-2019, 12:01
AXCP fəalı mühacir biznesində
Hazırda Fransada yaşayan AXCP-nin fəal üzvü Türkel Azərtürkün Almaniyada yaşayan azərbaycanlı ilə rüşvət müqabilində Viza almaq üçün aralarındakı telefon danışığının səs yazısı yayılıb.
Lent.az həmin səs yazısının steonoqramını və audio variantını təqdim edir:
Türkel Azərtürk: Gələn ay mini verə biləriksə, 1700 "dalşe"də 500-200. İndidən deməyimiz daha yaxşı olardı. 15 gündən sonra, bir aydan sonra o sənədi alardıq. Biri var gələn ay verək, o biri ay alaq sənədi. O baxımdan deyirəm mən ki, sənədi 1 ay tez almış olacağıq. Yoxsa, yenə deyirəm, yazmışam bir də deyirəm. Sən öz haqq-hesabını məndən yaxşı bilirsən. Mənim xərcim bu qədərdir, bu qədər ata bilirəm. Başa düşürsən, o baxımdan deyirəm ki, sən fikrini de mən bilim.
Mühacir: Mən ona nəyi izah elədim?
Dedim ki, qaqa, gələcəksən, burada vəkil bahadır. Gələcəksən bura 350-400 dollar düzəldirsən, gəlirsən bura. Aparırsan vəkilə 3000-2500-2000, nə qədərsə verirsən. Təzədən səhəri gün sənəd düzəldir. Dublin məsələsinə baxır. Hələ söz də vermir ki, yüzdə yüz sənin üçün bu dublin məsələsini qüvvədən salacağam. Söz vermir. İşə baxıram da çalışacam qanunla həll edim. Amma olmayacaqsa da, olmayacaq. Mən yenə pulumu alacam. Fakt da bu pulu burada xərcləyəcəksənsə, elə get qardaşım, 1200-1300 nə qədərdirsə, düzəməlli-başlı birbaşa alman vizası al. Həm 6-7 ay Dublin prosedurun getməsin, vaxtın uzanmasın, həm də rahat otur, intervyünü gözlə. Həm də ki, vəkilə pulu onsuz da verəcəksənsə o pulu, olmasa heç vermə də. İzah elədim. İndi görüm məndən soruşdu ki, neçəyə düzəlir? Mən dedim ki, qaqa, bunun ən aşağısı bu işi üç nəfərə yəni, uşağı, ailəsi, özü gələcəklər 3500 dollara. Dedim indi ucuz tapa bilirsənsə yaxşı tap, tapa bilmirsənsə belə et. Mənə elə ciddi fərq eləmir.
Prosto ki, mən sənə görə deyirəm ki, niyə gəlib burada əziyyət çəkəsən...? onu mən özüm də ucuz edib gələrdim. Sadəcə fikirləşdim ki, niyə əziyyət çəkim?! Getdim birbaşa viza aldım gəldim. İndi izah elədim, yenə də məsləhət onun özünündür. Durub onu məcbur edə bilmirsən, deyərəm, fikirləşər ki, türk yəqin 3500 deyirsə, deməli oradan 2500 qazanır... Elə ona görə deyirəm ki, məsləhət özünündür, baxsın. Hər halda gələndə də özü görəcək ki, vəziyyət necədir. Yenə də cəbhəçidir, özümüzünküdür, yaxın uşaqdır, qardaşıdır ona görə... yenə məsləhət özünə qalır...
Bu biri işə gəlincə, yəni sənin işinə, indi mən onu söz verə bilmirəm ki, 3 aya olar-olmaz, necə olar... Vəziyyət bəlkə 2-3 aya dəyişər, bəlkə 2 aya o qardaşı işdən çıxararlar, o prokurorluqdakı qardaşı; bəlkə oradan sənəd gəlməsi mümkünsüz olar. Məsələn, indi mənə deyirlər ki, sən dediyin kimi, o sərhədi bağlayıblar. Ciddi yoxlama filan, ora-bura. Hətta diplomatik korpusun öz nümayəndələrini belə ciddi yoxlayıb hər şeyi buraxmır. Bilmirəm nə hoqqadır, niyə belə eləyirlər, müharibə eləyirlər guya ki, bilmirəm, amma vəziyyət budur. İndi bilmirəm yəni qaqam, o vaxta o sənəd məsələləri necə olar, gəlib çıxar-çıxmaz, o qardaş özü yaşayar, ölər, bəlkə də problemi olar heç gətirə bilməz. Yəni onları mən indidən durum sənə söz verim, arxayın eləyim, onu mən yalan danışmış olaram. Qaqaş, mən ona görə risk edə bilmərəm, sənə deyim, sonra heç cür eləyə bilməyim. Mən də belə qalam, sən də belənçik alasan. Sonra deyəsən ki ay Türkel, o vaxtı tapıb eləyərdin də bir təhər, bu vaxtı deyirsən ki, alınmır mən sənə arxayın oldum. Ya başqa yerdən, başqa adamla düzəldərdim. Ona görə mən qalıram belə, sənə heç bir söz verə bilməyəcəm. Bu gün mümkündür hə, bu gün üçün deyə bilirəm. Amma sabahkı gün üçün deyə bilmirəm.
Göründüyü kimi, daim hakimiyyəti və Əli Kərimlidən başqa hər kəsi tənqid və təhqir edən, suçlayan AXCP-çilərdən daha birinin qanunsuz mühacirət alverində iştirakı ifşa olunur. Ümumiyyətlə, Avropada şəbəkələşmiş Əli Kərimli tərəfdarları bu cür fırıldaqların tam mərkəzində yerləşirlər və bu barədə ölkə mətbuatı dəfələrlə yazıb.
Lent yazısının yayımlandığı youtube platformasında yazılan şərhlər də diqqəti cəlb edir. Məsələn: Adil Əliyev adlı istifadəçi yazır ki, bunun şəriki Fikrət Hüseynovdur. A. Əliyev qeyd edib: “Avropada oturub saxta möhürlər düzəltdirib Ukraynada özünə. Hamıya da 800-900 avrodan bu sənədləri satır. Bunlar bir cinayətkar şəbəkədirlər”.
Salim Haji adlı istifadəçi bildirib: “Türkel hələ bir ara Əli Kərimlinin imzası və möhürü ilə də sənəd satırdı. Çox dələduz adamdır”.
Rüfət Əhmədzadə qeyd edib: “Bunun arxasında “moşenik” Fikrət Hüseynov dayanır. Bildiniz hansı Fikrət? Mirqafar Seyidovun agenti olmuş Fikrət! Bütün saxta sənədləri o düzəldir Türkel üçün. Bunlar bir şəbəkədir. Camaata saxta sənədlər satıb xalqı bədbəxt edirlər!”
Rauf İsmayılov isə rəy yazaraq bildirib ki, bu cür hallar tez-tez baş verir:
“Yeni bir şey deyil ki. AXCP də Müsavat da xaricə mühacir göndərmək biznesi ilə məşğuldurlar. Partiya vəsiqəsi satırlar. Utanmırlar. Bunların, liderləri Əli Kərimli, Arif Hacılı danışanda vətən dövlət deyirlər. Amma hamısı saxtadır. Alverçidirlər. Gör nə işlə məşğuldurlar. Yaxşı ki, sizin əlinizdə hakimiyyət yoxdur”.
Səsyazısının altında bu kimi xeyli rəylər yazılıb. Sadəcə olaraq onlardan bir qismini təqdim etdik.


Geri qayıt