Əsas Səhifə > Partiya, Güney Press > Əli Kərimli qarayaxma təlimatı verib

Əli Kərimli qarayaxma təlimatı verib


5-08-2019, 09:57
Əli Kərimli qarayaxma təlimatı verib
Əli Kərimlinin qaragüruh komandası yenə sədrdən aldıqları təlimatla iş başındadır.

Danışmaq üçün mövzu tapmayanda qarayaxma düyməsinə basmaq üçün komanda verən “Yurd” sədrinin təlimatı bu dəfə də AXCP-yə yönəlib.

Mövzu isə Məhəmməd Mirzəlinin yeznəsinin döyülməsiylə bağlı yayılan xəbərlərdən qaynaqlanıb. Kərimlinin “dil”i Qənimət Zahid M.Mirzəlinin yeznəsini döydüyü deyilən şəxslə bağlı paylaşdığı məlumatda 5 sutka həbs cəzası alan İlkin Rəciyevin başqa bir qardaşı Elnur Rəciyevin AXCP sədri Razi Nurullayevin müavini olduğunu iddia edib. Xəbər bir az da təsirli etmək üçün E.Rəciyevin əlində saxta “dəlilik” kağızı da olduğu iddia olunub. Sonrası məlumdur. Kərimlinin təlimatı ilə xəbərin sosial şəbkələrdə tirajlanması əməliyyatı başlayıb.

“Yurd” sədrinin xidmətindəki trollar və saxta profillər sədrin yaxın adamının yazdığını mütləq həqiqət kimi qəbul edərək təhqir kampaniyasına start veriblər.

Ancaq heç kəs araşdırmaq zəhmətinə qatlaşmağı belə ağlından keçirməyib ki, görəsən Razi Nurullayevin Elnur Rəciyev adlı müavini varmı?

Hərçənd bunu öyrənmək o qədər də çətin proses deyildi. Ən azından, AXCP və Razi Nurullayevlə bağlı mətbuatda yayılan çoxsaylı xəbərlərdə müavin kimi bircə dəfə də olsun Elnur Rəciyevin adının çəkilməməsi araşdırma üçün başlanğıc ola bilərdi. Amma Kərimli üçün həqiqətlər yox, həqiqət kimi qəbul etdirmək istədikləri maraqlıdır. Bu dəfə də istisna olmadı.

Məsələ burasındadır ki, Razi Nurullayevin Elnur Rəciyev adlı müavini olmayıb və indi də yoxdur. Çoxsaylı sıravi partiya üzvləri ilə bağlı iddialarda isə partiya sədrini ittiham etmək gülüncdür və siyasi mübarizə ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur.

Əli Kərimli təşkilatında təmsil olunan hər bir kəslə bağlı məlumatları özü şəxsən bilirmi? Yaxud kimisə partiyaya, təşkilata üzv qəbul edəndə

Q.Zahidin iddia etdiyi kimi “dəlilik kağızı”nın olub-olmadığını yoxlayırlarmı?

Bunun bir mexanizminin olduğunu düşünmürük, üstəlik də istənilən şəxslə bağlı təsdiqlənməmiş məlumatı yaymaq məsuliyyət yaradır. Ancaq məsuliyyətdən həmişə yayınmağı ustalıqla bacaran, ən çətin anda yandaşlarını irəli itələyən, sonra isə siyasi məhbus siyahısı düzəldib onların hüquqlarının müdafiəsi adı altında siyasi alverə başlayan Kərimliyə məsuliyyət hissi yaddır. Tənqid hədəfi olduğu zaman diqqəti özündən yayındırıb sosial şəbəkədə onu müdafiə edənləri ayağa verməyi yaxşı bacaran “Yurd” sədri üçün mübarizənin bu yoluna baş vurmaq bütün imkanların tükənməsi anlamına gəlir.

Özü üçün “mübarizə”nin çeşidli vasitələrindən istifadə edən Kərimli üçün başqasına, xüsusən də siyasi opponentinə qara yaxdırmaq an məsələsidir. Bunun üşün heç bir xüsusi istedad, bacarıq, məsuliyyət hissi tələb olunmadığından, mübarizənin bu vasitələrindən gen-bol yararlanan “Yurd” sədri “qələbə”ni bunlarla təmin edə biləcəyini düşünür. İllərdir siyasətdəki varlığını da məhz bu bacarıqlarına, ona bu bacarıqlarının təminində gözübağlı dəstək verən qaragüruhuna borcludur.

Kərimli üçün siyasət dediyi sosial şəbəkələrdə sağına-soluna hücum etmək və etdirmək, hər kəsi tənqid yox, təhqir hədəfinə çevirmək, söz oyunundan “qalib” çxmaq üçün ətrafının hərtərəfli virtual dəstəyindən yararlanmaq, alınmayanda təlimatı yaxşı yerinə yetirə bilməyənləri cəzalandırmaq, özünü müxalifət liderliyinə iddialı göstərib növbəti oyunları hazırlamaq, təlimatın icrasını kompüter arxasında izləmək və yön vermək, ara-sıra “meydana enməyə” cəhd etmək, bu da alınmayanda xalqı günahkar çıxarıb sosial sifarişin olmadığından gileylənmək və “Mən sizin üçün mübarizə aparıram” minnəti vurmaqdır.

“Yurd” sədrinin siyasətdən anladığı budur. İllərdir ki, öz ampluasındadır, illərdir ki, dediyi sözləri eyni vurğuyla, mübtəda xəbərini dəyişməklə cəmiyyətə sırımağa çalışır. Alınmayanda səhvini üzünə vurub inamsızlığını dilinə gətirənlərə “satqın” damğası vurmaq üçün “ordusu”nu anında hazır edir. Bir zamanlar iclas zallarında etdiklərini indi virual məkana daşıyıb.

Burada meydanı daha genişdir, əl-qol açmaq üçün imkanı var, izləyicisi də çox ola bilər. Bəs inananı? Məsələnin məhz bu inananlarda olduğunu etiraf üçün “Yurd sədrinə bəlkə elə siyasətdə keçirdiyi illər qədər də zaman lazım olacaq.
Cebhe.info

Geri qayıt