Əsas Səhifə > Partiya, Güney Press > Əli Kərimlinin qarşıdurma ssenarisi
Əli Kərimlinin qarşıdurma ssenarisi29-10-2019, 08:58 |
Əli Kərimli yeni mitinq anonsu verdi. Sevinc Osmanqızı ilə birgə edilən bu anons mitinqdən çox Kərimlinin durumuna bağlı bir məsələdir. Əli Kərimli üçün mitinq artıq etiraz aksiyası funksiyasından çıxıb, narazı, amma Əli Kərimlini dəstəkləməyən insanları etizaza gətirmək və onları qanlı-qadalı "qarşıdurma dalanı"na itələməkdir. Bunun üçün pafoslu çıxışlarla mələk libaslı azsaylı tərəfdarlarını bütün oyunlara sövq edir. Qəhərlənməkdən ağlamağa qədər imkanlar kullanılır və üz mimikaları bütün formalara salınır. Məqsəd aydındır. Narazı kəsimi aldatmaq və onu “qarşıdurma dalanı”na itələmək, geriyə yol qoymamaq. Beləliklə, Əli Kərimli həmin zümrəni öz oyununa gətirir və planlaşdırdığı ssenarini istər xalqa, istərsə də havadarlarına hakimiyyətlə xalq arasında qarşıdurma obrazında təqdim etməyə cəhd edir. Çünki Əli Kərimli bilir ki, onu qəbul edənlərlə narazı kəsim arasında hər hansı bağlılıq yoxdur. Ona görə də özü üçün işlənmiş ssenarini reallaşdırmağa çalışır. Yəni narazı insanlarla hökumət üz-üzə qalarsa, təkcə o, bu fürsətdən öz mənafeyi üçün istifadə edə bilər. Ona görə də mitinqə etiraz forması, aksiya kimi yox, qarşıdurma kimi yanaşır. Razılaşdırılmamış aksiyaların əsas məqsədi də budur. Təbiidir, sadə insanlar, narazı kəsim üçün onun bu hiyləgər mövqeyi aydın olmaya bilər. Lakin siyasi təşkilatlar, partiya rəhbərləri, ziyalılar bunu anladığından, onun bu mövqeyini dəstəkləmir və etiraz edirlər. Yəni mitinqə yox, məhz onun planlaşdırdığı ssenariyə etiraz edilir. Təbii ki, mitinq, piket, nümayiş insanların konstitusion hüququdur və heç bir siyasi qüvvə də, vətəndaş da buna etiraz edəsi deyil. Amma mitinq və ya hər hansı etiraz aksiyası kiminçünsə siyasi divident və ya imkanların artırılmasına yönəlirsə, dövlətin təməl prinsiplərinə ziyan, vətəndaş qarşıdurmasına xidmət predmetinə çevrilirsə, buna etiraz edilməsi təbiidir, həm də vətəndaşlıq mövqeyidir. Qarşıdurmanın toqquşmalara qədər uzanması Əli Kərimlinin köhnə planlarındandır. Kərimli artıq bir neçə ildir ki, havadarları (daxili və xarici) ilə birgə bu istiqamətdə iş aparır. Bütün toplantı və görüşlərində hamıdan bircə tələbi olur k, açıq de, mənimləsənmi? İndi həm özü, həm də havadarları hesab edirlər ki, vaxtdır və illərlə düşündüklərini reallaşdırmaq üçün revanş görümək niyyətindədirlər. Ona görə bəlağətlə azadlıq, demokratiya haqqında danışırlar. Kərimlini tanıyanlar bilir ki, azadlıq və demokratiya söz olaraq belə, onun xoşlamadığı nəsnələrdir. Adicə mitinq anonsu belə bunu sübut edir. Kərimli 2 noyabrla bağlı mitinq qərarını Milli Şura adı ilə imitasiya etdiyi təşkilatında heç kimlə məsləhətləşmədən verib. Mitinq qərarı yalnız Sevinc Osmanqızı ilə müzakirə edilib. Milli Şura üzvlərinin bu qərardan xəbəri olmayıb. Demokratiya və azadlıq sözləri isə ona əməl yox, imitasiya üçün vacibdir. Buna görə də bəlağətlə o sözlərdən istifadə edir. Bununla da Kərimlini dəstəkləməyən, hökumətdən isə müxtəlif səbəblərdən narazı olan kəsimi etizaza gətirməyə cəhd edir. Kərimli mitinq anonsu ilə bağlı çıxış etdiyi “Osmanqızı” televiziyasında bir daha təsdiqlədi ki, o, azadlıq və demokratiya uğrunda yox, şəxsi istəklərinin peşindədir. Həmin müsahibəsində digər müxalif qüvvələri nəzərdə tutaraq dedi ki, biz o qüvvələri əlimizlə kənara itələdik. Bununla Kərimli açıq etiraf edir ki, radikal olmayan, təkamül yolunu seçən və seçki istəyən, birləşmiş qüvvələrlə mübarizə aparıb, hakimiyyəti demokratik dəyərləri genişləndirməyə, seçkiyə məcbur edən bütün qüvvələri meydandan rədd edir. Onun seçdiyi vasitə radikal və xaos yoluyla mübarizə aparmaq, öz istəklərini reallaşdırmaqdır. Əli Kərimli əlinin işarəsi ilə göstərdiyi “biz onları rədd etdik” eyniylə bir zaman Əli İnsanovun jurnalistə hikkəylə dediyi “rədd ol”a oxşayır. Əli Kərimlinin işarəylə “rədd etdik” deməsini pafos və başgicəllənmə saymaq düzgün deyil, bu, onun düşüncəsidir. AXCP adına iddia edən bu adamdan soruşmaq lazımdır ki, bəs Elçibəy mübarizəsində bütün qüvvələrin birliyini niyə istəyirdi? Məhz sənin aldığın təlimatlar əsasında dağıtdığın o birliklərdə niyə hamını cəm etməyə çalışırdı? Doğrudanmı, Elçibəyin o birpapkalı partiyalara və yaxud elə sən Kərimlinin özünə əşhədü ehtiyacı vardı? Bu addımlar sənə və o biradamlıq partiyalara ehtiyacdan yox, xalqın səfərbər olunmasına, mübarizənin dinc məcrada getməsinə, hadisələrin təkamül yolu ilə inkişafına, demokratiyaya sadiqlik və sayğıya görə idi. Əli Kərimlinin bu üsulu Azərbaycan xalqına, ölkə müxalifətinə lazımdırmı? Doğrudanmı, müxalifət və ya xalq bunu istəyir? Təbii ki, yox. Birincisi, əgər xalqa və müxalifətə bu sayaq xaos və radikallıq lazım olsaydı, çoxdan bu yolu seçərdi. Özü də indi yox, lap Elçibəy zamanında. Kərimlidən fərqli olaraq, Elçibəyin təkcə siyasi tərəfdaşları, onun liderliyini qəbul edən partiya və ya hərəkat üzvləri yox, həm də çoxsaylı fanatları vardı. Lakin Elçibəy bunu nəinki etmədi, heç düşünmədi də. Çünki Elçibəyə Azərbaycan lazım idi. Kərimlidən fərqli olaraq, özünü müxalifət lideri kimi təsdiq etmək, qan üstündə hakimiyyətə gəlmək Elçibəyin amacı deyildi. Qanlı hakimiyyət lazım olsaydı, əlində olan rıçaqlarla zamanında hakimiyyətini saxlayardı. Yaxud digər müxalif qüvvələr bunu çoxdan edərdilər. “Ərəb baharı”nın tüğyan etdiyi bir zamanda da xalq və dövlətçi müxalifət öz siyasi çəkisini saxladı. Halbuki, həmin zamanlarda Müsavatın sabiq başqanı İsa Qəmbərin imkanları Kərimlinin indiki imkanlarından nəinki aşağıydı, əksinə çox yüksək idi. Bəs niyə etmədilər? Çünki dövlət və siyasi ehtiras biri-birinə əks olan məsələlərdir. Dövləti ehtirasa qurban verməyə cəhd etmək üçün siyasətçi kimi yox, komsomolçu olaraq, bolşeviklərin lideri Lenin kimi düşünmək lazımdır. Böyük Oktyabr İnqilabı baş verərkən eynən Lenin də belə düşünürdü və sonda proletariat adında bir diktatura yaratdı. Əvvəl Rusiyanı, sonra da keçmiş sovet respublikalarını ictimai həbsxanaya çevirdi. Həmin zaman Lenin ölkənin taleyi necə olacaq, kim hakimiyyətə gələcək və idarə edəcək, dövlət böhrandan necə çıxacaq kimi suallara cavabda deyirdi ki, belə bir partiya var və o bizik! O və onun dediyi qrup hakmiyyətə gəldi, bədəlini isə elə onu hakimiyyətə gətirənlər ödəməli oldular. Milyonların ölümünə fərman verildi. Düşünən beyinlər, ziyalılar güllələndi. 70 il geriyə düşdük. İndi də Əli Kərimli elə düşünür, komsomolçu kimi, Lenin kimi! Cebhe.info Geri qayıt |