Əsas Səhifə > Partiya, Güney Press > "Bu günə qədər heç bir Azərbaycan vətəndaşı bu abstrakt təşkilatın kimləri təmsil etdiyini bilmir"

"Bu günə qədər heç bir Azərbaycan vətəndaşı bu abstrakt təşkilatın kimləri təmsil etdiyini bilmir"


2-12-2019, 08:28
"Bu günə qədər heç bir Azərbaycan vətəndaşı bu abstrakt təşkilatın kimləri təmsil etdiyini bilmir"
“İctimai münasibətlərin əcaib formaları ilə məhşurlaşmış Azərbaycanda, özlərini Milli Şura adlandıran və gündə bir bəyanatla çıxış edən bir təşkilat var. Bu günə qədər heç bir Azərbaycan vətəndaşı bu abstrakt təşkilatın kimləri təmsil etdiyini bilmir”.
“Yeni Sabah” xəbər verir ki, bunu eks-spiker Rəsul Quliyev deyib. O, bildirib ki, “Milli Şura Azərbaycan xalqını təmsil edir” kimi çeynənmiş, yalançı şüarları işlətmək lazım deyil. O qeyd edib ki, Milli Şura yarananda bu təşkilatı 10-dan çox konkret adı, ofisi olan partiyalar təşkil edirdilər:

“Bəs indi kimləri və hansı partiyaları təmsil edir bu Milli Şura? Ola bilər kimlərsə şuranın Xalq Cəbhəsi (ölkədə Xalq Cəbhəsi adı altında 3-4 partiya var) və ziyalıları təmsil edir iddiasında olsun. MŞ-nın rəhbərinin hansı XC olduğunu bilirik. Bəs ziyalılar deyəndə nə nəzərdə tutulur?

Sovet dövründə sovetlərin apardığı siyasətin şərhiçisi, Heydər Əliyev və İlham Əliyev dövründə onlara mədhiyyə yazan, İranın Cənubi Azərbaycan bölgəsi ilə əlaqədar 2-ci dünya müharibəsindən sonra tarix yox, nağıl yazan bir adam bütün Azərbaycanın ziyalılarını təmsil edir fantaziyasını quraşdıranlar xəcalət çəkməlidirlər.

Erkən seçkilərin keçirilməsi ilə əlaqədar bu heç kimi təmsil etməyən təşkilatın son bəyanatının müddəlarını oxuyanda bu insanların hansı səviyyədə reallıqdan uzaq olduqlarını görməmək mümkün deyil. Demokratiya uğrunda avtoritar rejimlə mübarizə aparmaq istəyən (bu çox ağır işdir) aşağı səviyyəli təşkilat belə çeynənmiş frazalardan ibarət çızma qara yazmağa tələm-tələsik başlamaz.

25 ildir hər addımbaşı biabırçılıqla məğlub olan (seçkilərin saxtalışdırlmasının qarşısını ala bilməmək onların məğlubiyyətidir) bu təşkilatın yenidən 15-20 il bundan öncə qəbul etdikləri bəyanatları təkrarlaması ayıbdır. Bir balaca düşüncə sahibi tələm-tələsik tullanıb ortayan düşməz. Əvvəl proseslərin inkişaf istiqmətlərini hökumətin əhatəsindən öyrənməklə məşğul olar, onun əsasında analiz edər.

Hökumətin nə edəcəyi barədə məlumatlar toplanandan sonra real, yəni təsir gücü olan bəyanət verər. Və bu məlumatları toplamaq çox da çətin iş deyil. Bunları düşünənlərin olmadığı bir təşkilat ancaq belə bəyanatlar verə bilər. Bu bəyanatınızla sizlər yenidən uduzmağa hazır olduğunuzu nümayiş etdirirsiniz. Və ya hökuməti sövdələşməyə çağırırsınız. İçərinizdə sövdələşmə naminə indiki hökumətin siyasətini alqışlayacaq adamlarınız az deyil”.

Geri qayıt