Əsas Səhifə > Partiya, Güney Press > “Keçmişi ləkəli olanlar millət vəkili ola bilməz”
“Keçmişi ləkəli olanlar millət vəkili ola bilməz”14-12-2019, 10:35 |
Hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Musa Musayev parlament seçkiləri ilə bağlı fikirlərini açıqlayıb. "Yeni Sabah"ın məlumatına görə, Musa Musayev hesab edir ki, seçki yarışına qoşulanlar nümunəvi ailədən çıxmalı, yaxud nümunəvi ailə başçısı olmalıdır: "Millət vəkili olmaq istəyənlərin sayı sürətlə artır, artıq təbliğata başlayanlar da var. Təcrübəli siyasətçi kimi mənim bir təklifim var: Millətin vəkili olmaq üçün ən əsas və vacib şərtlərdən biri və birincisi odur ki, namizəd nümunəvi ailədən çıxmalı və yaxud nümunəvi ailə başçısı olmalıdır! İstər kişi olsun, istər qadın! Keçmişi ləkəli və qaranlıq olan şəxsdən millə vəkili ola bilməz! Millətin vəkili seçicisinin gözünə dik baxan və başını yuxarı tutan, qəbahəti olmayan Azərbaycan vətəndaşı olmalıdır! Digər məsələlər sonrakı sırada durmalıdır". Geri qayıt |