Əsas Səhifə > Partiya, Güney Press > “Deputatlıq onlara millətə yuxarıdan aşağı baxmaq üçün lazımdır”
“Deputatlıq onlara millətə yuxarıdan aşağı baxmaq üçün lazımdır”27-01-2020, 10:54 |
BAO başqanının ideoloji məsələlər üzrə müavini, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış tarixçi-pedaqoq Dilavər Əzimli sosial şəbəkədəki hesabında parlament seçkilərinə hazırlıq prosesi və bəzi məmurların bu prosesə müdaxilə cəhdləri ilə bağlı maraqlı status paylaşıb. Həmin statusu oxucuların diqqətinə çatdırırq: “Əgər iqtidarda oturanlar bu millət üçün bir iş görmək istəyirlərsə, məmurlara seçkiyə müdaxiləni qadağan etsinlər. Onda Paşa Həsənli kimi dəyərli insanlar Milli Məclisə düşə bilər. Onda Milli Məclisin də siması dəyşə bilər, nifrət obyekti olmaqdan canı qurtular. İnsanlar bu orqana Prezident Aparatının əlavə qurumu kimi baxırlar. Çünki orada elə deputatlar var ki, sanki anaları onları deputat doğubdur və doğulanda alınlarına da deputat sözü yazılıbdır. Onlar bu milləti dünya qarşında biabır edirlər. Ağızlarına gələni danışırlar. İki eşşəyin arpasını bölə blimir və yaltaqlıqla, yarınmaqla gün keçirir, millətdə Milli Məclisə qarşı nifrət hissini oyadırlar. Orada elə deputatlar var ki, tariximizi təhqir edir, millətin and yerinə çevrilən şəxsiyyətlərin üzərinə gedir, M.Ə.Rəsulzadəyə, Şah İsmayıl Xətaiyə, Babəkə çamurlar atır... Bunların orada olması Millətə təhqirdir. Elə deputat var ki, 50 ildir deputatdır. Eləsi də var ki, üç dəfə seçilib, yenə də can atır. Nədir onları buna sövq edən? Bu, hamıya bəllidir. Bu deputatlar seçildiyi ərazidə hansı kasıba kömək ediblər? Hansı kasıbın övladının institutda olan borcunu ödəyiblər? Onlara zəng etmək belə mümkün deyildir. Onlar üçün deputatlıq Millətə yuxarıdan aşağı baxmaq üçün lazımdır. Onların hansı biri Dünya azərbaycanlılarının dərdlərini dilə gətiribdir? Tez-tez İranda azərbaycanlılardan kimisə asır, həbsxanalara atırlar. Bu deputatlardan hansı biri bunu dilə gətirib? Amma ermənilərdən birinin harada olmasından asılı olmayaraq, burnu qanayanda Ermənistan parlamentindəkilər dünyanı dağıdır. Bu deputatlardan hansı biri bəyan etdi ki, Qarabağ uğrunda döyüşə hazırdır və müharibədə vuruşmaq üçün mərd oğullarla birgə döyüşəcəkdir. Bu deputatlardan hansı biri televiziya ekranlarından bizi təhir edən, milləti axtalaşdıran bayağı verilişlərin, serilların yığışdırılmasını tələb edib? Bu deputatlardan hansı biri Milli ideologiyanı müdafiə edən insanları himayə edib? Heç biri!!! Unutmayın ki, yamayaşıl meşələrdə içi çürümüş, pıtıl ağaclar olur!!! Onları sağaltmaq mümkün deyildir. Bizim parlamentdə də yuxulayan belə pıtıl deputatlar doludur. Onlar dörd, beş, altı dəfə seçilmədən pıtıllaşıblar!!! Ay Millət, Ay İqtidar!!! Bizim ciddi problemlərimiz vardır. Bu pıtıl deputatlarla biz yalnız uduza bilərik!!! İstəyirksə, ölkəmizi bu problemlədən xilas edək, Paşa Həsənli kimi insanları parlamentə seçmək lazımdır!!! Bu həm də zamanın tələbidir!!! Əks halda, biz bu pıtılların hesabına Millət kimi də yox çıxa bilərik!!!” //moderator.az// Geri qayıt |