Əsas Səhifə > Partiya, Güney Press > Keçmiş səfirin tərbiyəsizliyinə gənc fəaldan SƏRT TƏPKİ:
Keçmiş səfirin tərbiyəsizliyinə gənc fəaldan SƏRT TƏPKİ:11-02-2020, 10:39 |
“Azərbaycanı Heydər Əliyevə təhvil verən təmsil etdiyiniz və bu günə qədər də müdafiə etdiyiniz Elçibəy olub”. Yenicag.az xəbər verir ki, gənc fəal Aytac Tapdıq və Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə arasında sosial şəbəkədə getmiş polemika etik çərçivələri aşıb. ReAl Partiyasının təmsilçisi, 9 fevral seçkilərində 16 saylı Yasamal İkinci Seçki Dairəsindən deputat seçilmiş Erkin Qədirlinin mandatdan imtina edib-etməməsi ilə bağlı müzakirə aparan keçmiş səfir və gənc fəal sərt ifadələrə əl atıblar. Hacızadənın gənc fəala ünvanladığı bu sual gərginliyi daha da artırıb: “Bu nə məntiqdir? Guua “Hərəkat” seçki blokundan, Müsavay Partiyasından və digər müstəqil namizədlərdən kimsə seçilsəydi, mandatdan imtina edəcəkdi? Bunu belə davam etmək olarmı: “Guya Aytac Tapdığa bir ərəb 100 dollar versəydi… imtina edərdi?” Cavabında borclu qalmayan Tapdıq isə Hacızadəni və onun təmsil olunduğu keçmiş hakimiyyət komandasını da söhbətə “qoşub”: “Sizin binim kimi gənclərə söz deməyə sadəcə, üzünüz olmamalıdır. Çünki Azərbaycanı Heydər Əliyevə təhvil verən təmsil etdiyiniz və bu günə qədər də müdafiə etdiyiniz Elçibəy olub Bügünkü saxtakarlıqların baiskarı sizin kimi yaşlılardır. Qüaldı ki, mənə olunan təkliflər, təhdidlər haqda danışmağı heç vaxt sevməmişəm. Məncə, siz mənə təklif ediləcək məbləğləri düşününcə, məsələn, Müsavat Partiyasından nəyə görə getdiyiniz, hansəı ailə üzvünüzün nə qədər qrant alması, hökumətin sizi bu donorla necə təhdid etdiyi məsələlərdən danışın. Və ya sadəcə, utanın və susun. Amma yox, Azərbaycanda qocalar ölməmişdən özlərini biabır etməlidir”. Geri qayıt |