Əsas Səhifə > Partiya, Güney Press > “Işğalçıya söz deyə bilməyənlər, qatilə necə söz deyəcək?”
“Işğalçıya söz deyə bilməyənlər, qatilə necə söz deyəcək?”13-02-2020, 08:30 |
Qarşıdan Xocalı soyqırımının növbəti ildönümü gəlir. Bəs 28 il bundan öncə baş verən bu soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər nə dərəcədə qənaətbəxşdir? Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bu istiqamətdə görülən işlərin önəmini vurğulamaqla yanaşı, bundan sonra da məlum müstəvidə fəaliyyəti davam etdirməyin vacibliyinə toxundu: “Azərbaycan Xocalı soyqırımının tanıdılması istqiamətində kifayət qədər addımlar atıb. Amma Xocalı soyqırımının tanıdılmasındakı çətinliklər də hər kəsə bəllidir. Azəbaycanın dövlət siyasətində Xocalı soyqıırmının dünyada tanıdılması prioritet məsələ kimi dayanır. Lakin bir məqama da diqqət etmək lazımdır ki, Qarabağ və işğal problemini bunca dünya gündəminə gətirməyimizə, hətta BMT-də bununla bağlı məlum qətnamələrin qəbuluna nail oslaq belə, hələ də bu işğalın nəticələrinin ortadan qaldırılmasına nail ola bilmirik. Təsəvvür edin ki, dünya ölkələri tərəfindən işğalın tanınmasına, ortada qətnamələrin olmasına baxmayaraq, heç kim işğalçının zəbt etdiyi torpaqlarda çıxarılmasını tələb etmir. Belə olan təqdirdə Xocalı soyqıırmının tanıdılmasına nail omaq daha çətindir. Işğalçıya söz deyə bilməyənlər, qatilə necə söz deyəcək? Ümumiyyətlə, kimsə işğalçıya söz deməkdə maraqlı görünürmü? Bunlar ciddi problemlərdir. Hesab edirəm ki, biz bu istiqamətdə çalışmalarımızı davam etdirməliyik. Eyni zamanda, bu çalışmaların nəticələrini erkən görmək çətin olacaq. Amma bu bizi usandırmamalıdır. Biz görməyən gözlərin görməsi, eşitməyən qulaqların eşitməsi üçün səylərimizi davam etdirməliyik”. Geri qayıt |