Əsas Səhifə > Partiya, Güney Press > "Yeni başçı rüşvət və korrupsiyanı tam aradan qaldırıb"
"Yeni başçı rüşvət və korrupsiyanı tam aradan qaldırıb"25-02-2020, 10:45 |
"Bu gün bir iş dalınca getmişdim. Yolüstü Xaçmaza döndüm. Köhnə dostlarla görüşdüm. Nazim kişinin evində qonaq oldum. Dostlar da ora toplaşdılar. Onlar hamısı - Nazim kişi, Cavid müəllim, Anar müəllim, Rövşən bəy, gənc dostumuz Elçin zəhmətkeş və alın təri ilə çörək qazanan sadə insan, xalqın nümayəndələridir. Çox maraqlı söhbət etdik. Bu ürəyiaçıq, mülayim və ürəkləri vətənin rifahı üçün döyünən insanlar xoş ovqat yaratdılar. Xaçmaz rayonu barədə də danışdıq. Çox ümidləniblər. Deyirlər ki, yeni başçı Elnur Rzayev rüşvət və korrupsiyanı tam aradan qaldırıb". Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev deyib. O bildirib ki, yerli sakinlər icra başçısından razıdır və ümidləri də çox böyükdür: "Narahatlıqları da var. Onlar yeni sistemin necə işləyəcəyini, tikintilərin necə aparılacağını, sərmayələrin necə cəlb ediləcəyini, köhnə kadrların yeni sistemə necə uyuşacaqlarını bilmirlər. Təzə sistemdə gərək vəsait mərkəzi hökumətdən gəlsin, yerli gəlirlərdən formalaşsın və iş adamlarının sərmayələri olsun. Bu sistemin işləməsi üçün ənənə, format, təcrübə və iş adamlarının sərmayəsi lazımdır. Bütün bunların oturuşması üçün zaman tələb olunacaq və həm də yeni idarəçilik sistemi yaradılmalıdır. Bax, bununla razılaşıram. Yeni idarəçilik sistemi yaradılmalıdır. Nə qədər tez formalaşsa, islahatlar da bir o qədər tez nəticə verəcək". Geri qayıt |