Əsas Səhifə > Partiya, Güney Press > "Dinləmələr canlı olmalıdır, onlayın dinləmələrin heç bir effekti olmaz"

"Dinləmələr canlı olmalıdır, onlayın dinləmələrin heç bir effekti olmaz"


28-03-2020, 09:00
"Dinləmələr canlı olmalıdır, onlayın dinləmələrin heç bir effekti olmaz"
Əgər zərurət yaranarsa, komitəmizin onlayn iclası keçirilə bilər. Ancaq hələlik gündəlikdə hansısa bir məsələ olmadığı üçün, onlayn iclas keçirməyə də elə bir ehtiyac qalmır.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri nəzərdə tutulan ictimai dinləmələrin onlayn keçirilməsini isə məqbul saymır:

“Dinləmələr canlı olmalıdır, onlayın dinləmələrin heç bir effekti olmaz. Odur ki, tələsməyinə dəyməz. Koronavirus təhlükəsi aradan qalxdıqdan, hər bir sahə normal iş rejiminə keçdikdən sonra biz də şəraitə uyğun addım atarıq. İndi olmasın, bir az sonra olsun, fərqi yoxdur, heç nə olmaz. Əsas odur ki, il ərzində nəzərdə tutduğumuz ictimai dinləmələri keçirməyə nail ola biləcəyik. Bununla belə, bir daha hesab edirəm ki, bu gün əsaq diqqət koronavirus təhlükəsinin önlənməsinə yönəlib və yönəlməlidir. Hər bir kəs öz üzərinə düşən vəzifəni icra etməli, diqqətli, məsuliyyətli olmalı, sanitar-epidemioloji tələblərə riayət etməlidir. Səhlənkarlığa, məsuliyyətsizliyə yol vermək olmaz”.

MM-in Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev də zərurət olacağı təqdirdə, komitənin onlayn iclasının keçirilə biləcəyini deyib.

“Mən hazırda rayondan Bakıya qayıdıram. Bakya qayıdandan sonra bu məsələ ilə bağlı parlament rəhbərliyi ilə müzakirələr aparacağam. Nə qərar verilsə, ona da uyğun addım atacağıq”-deyə, o, əlavə edib.

Geri qayıt