Əsas Səhifə > Partiya, Güney Press > "Mənə belə gəlir ki, karantin müddəti uzadılacaq"

"Mənə belə gəlir ki, karantin müddəti uzadılacaq"


14-04-2020, 09:17
"Mənə belə gəlir ki, karantin müddəti uzadılacaq"
“Virusa yoluxanların sayı azalarsa, təbii ki karantin müddətini yekunlaşdırmaq olar”.

Bu fikirləri Yenicağ.az-a açıqlamasında ölkədə tətbiq edilmiş karantin rejiminin uzadılacağı haqda ehtimallara münasibət bildirən millət vəkili Aqil Abbas deyib.

Aqil Abbasın fikrincə, indiki vəziyyətdə karantin rejimi müddətinin uzaldılacağı daha real görünür:

“Əhali evdə qalıb sıxılır, qadağalara əməl etmir. Bunu vətəndaşlara yazılan cərimələrin sayından da açıq görürük.

Ölkədə virusa yoluxanların sayı azalarsa və xəstələnənlər arasında sağalanlar çoxalarsa, o halda, təbii ki karantin müddətini yekunlaşdırmaq olar.

Amma mənə belə gəlir ki, karantin müddəti uzadılacaq. Bunun nə vaxta qədər davam edəcəyini deyə bilmərəm. Hər şey vəziyyətdən asılı olacaq”.

Geri qayıt