Əsas Səhifə > Partiya, Güney Press > “Onların gecikmiş reaksiyaları ermənipərəst imiclərini ört-basdır edə bilmir”
“Onların gecikmiş reaksiyaları ermənipərəst imiclərini ört-basdır edə bilmir”21-04-2020, 08:33 |
31 martda beynəlxalq hüququn bütün prinsiplərini pozan işğalçı Ermənistan tərəfindən Dağlıq Qarabağda qeyri-qanuni seçkilər keçirildi. Dünyanın koronavirus pandemiyası ilə mübarizədə həmrəylik göstərdiyi dövrdə təcavüzkar Ermənistanın bu davranışı onun humanitar norma və bəşəri dəyərlərdən çox uzaq olan mahiyyətini bir daha nümayiş etdirdi. İşğalçı dövlətin növbəti təxribatına ATƏT-in Minsk Qqupu, ATƏT PA, Aİ kimi beynəlxalq təşkilatlardan təpki bildirilsə də, çox təəssüf ki, fəaliyyəti ədalətsizlik və ikili standartlar üzərində qurulan AŞPA-dan bugünədək münasibət bildirilməyib. Əslində AŞPA-nın mövqesizliyini bu təşkilatın öz nizamnaməsinə, eləcə də, beynəlxalq hüquqa qarşı olan mövqesizlik kimi də qəbul etmək olar. Sözsüz ki, AŞPA-nın bu susqunluğu Azərbaycan ictimaiyyətinin müxtəlif təbəqələri tərəfindən, eləcə də, Milli Məclis tərəfindən sərt tənqid edilmişdi. Milli Məclisin sonuncu plenar iclasında xanım spiker Sahibə Qafarova AŞPA-nın ermənipərəst mövqeyini tənqid edərək, parlament adından da tənqidi və qınayıcı məktub göndərildiyini də bildirmişdi. Əslində AŞPA-nın mövqesizliyini bu təşkilatın təkcə öz nizamnaməsinə qarşı deyil, həm də beynəlxalq hüquqa qarşı mövqesizlik kimi də qiymətləndirmək olar. Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Məlahət İbrahimqızı deyib. Millət vəkilinin dediyinə görə, bugünlərdə, 14 apreldə Nazirlər Kabinetinin 2020-ci ilin birinci rübün yekunlarına həsr edilmiş videomüşavirədə ölkə Prezident İlham Əliyevin AŞPA-nın Azərbaycana qarşı növbəti qərəzli mövqeyini ifşa etmişdi. “Möhtərəm Prezidentimizin bu qətiyyətli və çox kəskin tənqidindən sonra nəhayət, Avropa Şurası Media Direktorluğu Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma “seçkilər”ə münasibət bildirməyə məcbur olmuşlar. Avropa Şurası Media Direktorluğu, bu “seçkilər “i tanınmadıqlarını, Avropa Şurasının, Nazirlər Komitəsi və Parlament Assambleyasının müvafiq qərar və sənədlərində bütün üzv dövlətlərin, eləcə də, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi prinsipinə hörmətlə yanaşdıqlarını qeyd etsələr də, onların bu gecikmiş mövqeləri ermənipərəst imiclərini ört-basdır edə bilmir. VI çağırış Milli Məclisin ilk iclasında çıxış edən ölkə Prezidenti millət vəkillərinin 5 illik fəaliyyətlərinin “yol xəritəsi” idi. Bu mənada Prezidentimizin çıxışında vurğuladığı kimi, millət vəkillərinin beynəlxalq təşkilatlarda əsas vəzifələri işğalçı Ermənistanın təcavüzkar siyasətini ifşa etməklə bərabər, erməni lobbisinin təsirində olan beynəlxalq təşkilatların qərəzli, antiazərbaycan mövqeyinə qarşı prinsipial mübarizə olmalıdır və olacaq”-deyə, o, əlavə edib. Geri qayıt |