Əsas Səhifə > Partiya, Güney Press > Əli Kərimlinin isterik kövrəkliyi və qəzəbi
Əli Kərimlinin isterik kövrəkliyi və qəzəbi7-05-2020, 10:05 |
“Osmanqızı” TV-də çıxış edən Əli Kərimlinin hər motivdə çıxışları artıq adı hal alıb. Eyni və təkrar olunan sözlər adamların qulağını yağır etdiyindən, sosial bazanı nəinki özü itirdi, bu pafos və isterik nitqiylə bütün müxalifətə zərər vurdu və təəssüf ki, hələ də bu ziyanı vurmaqda davam edir. Müxalifətin sosial bazasının zəifləməsinin, əvvəlki gücünü itirməsinin bir nömrəli səbəbkarıdır adam. Bir partiyaya sahib çıxa bilməyib, ölkədən, onun problemlərindən danışır. Qosqoca bir partiyanın azı 3 dəfə bölünməsinə səbəb olub, müxalifətin 10-larla birliyinin dağılmasının baiskarı kimi tarixdə qalır, amma ölkədən danışır. Adam düşünmür ki, 40-50 minlik bir partiyanı qoruyub saxlaya bilmədiyi halda, 10 miyonluq ölkəni saxlamaq, qorumaq imkanları daxilindədirmi? Görəsən, onda ölkə neçə hissəyə bölünər? Təbii ki, büruzə verməməyə çalışsa da, bu sadə həqiqətləri bilir. Ancaq iddia və hikkə imkanlarını real qiymətləndirib etiraf gücünü tükəndirir. İsterik durumu isə tam əksini deyir. Eyni fikirləri illərdir ki, bütün mümkün imkanlardan istifadə etməklə çək-çevir edən Kərimlinin söyləmək üçün yeni sözü olmasa da, özündən müştəbehlik üçün hər zaman sözü var. Budəfəki çıxışında isə Kərimli müştəbeliyin dozasını bir qədər də artıq edib. Ölkənin siyasi gündəminə dair dəyərləndirmə etdiyini düşünən və bunu məhz bu cür təqdimata cəhd edən Kərimli “Mənim həbsim hər zaman gündəmdədir. Həbs oluna bilərəm” deməklə diqqəti indi də bu formada üzərinə çəkməyə çalışıb. Blokada iddaları istənilən effekti vermədiyindən, indi artıq danışmaq zamanıdır. Daha doğrusu, indi yenə danışmaq zamanıdır. Kərimli gündəmi belə dəyərəndirir. Həbsini mümkün hesab edən “Yurd” sədri bu dəfə “hədələməyi” də unutmayıb. Necə unuda bilərdi? Axı çıxış məhz elə bu məqam üzərində qurulmuşdu. Başqa sözlə, Kərimlinin çıxışının “mustafası” məhz bu cümlələr idi: “Bu, birtərəfli akt deyil. Burada ancaq hökumət qalib gəlmir. Onlar üçün də birmənalı qərar deyil. Ciddi beynəlxalq reaksiyaya səbəb olacaq”. Kərimli bununla özünün siyasi çəkisini nə qədər artırmaq istəsə belə, özü də xalqa yox, məhz hansısa beynəlxaq dəstəyə arxalandığını biruzə verir. Ancaq bu sözləri söyləyərkən görəsən, 19 oktyabr mitinqindən, özü demişkən, “vəhşicəsinə döyüldükdən” sonra hansı ciddi beynəlxalq dəstək qazandığnı xatırladımı? Hansı beynəlxalq təşkilat Kərimliyə görə bəyanat verdi? Hansı ölkə səfiri Kərimlinin aparıldığı polis bölməsinin qarşısına getdi? Bu da olmasa, ən azından evində onu ziyarət edib “keçmiş olsun” dedi? Bunun bir səbəbi Kərimlinin ümid etdiyi kimi beynəlxaq dəstəyə sahib olmamasıdırsa, başqa bir səbəbi dünyada razılaşdırılmamış aksiyada saxlanılmaqdan təbii bir şeyin olmamasıdır. Hər ölkədə razılaşdırılmamış aksiyaya çıxanları polis saxlayır. Burda kiminsə özünü lider, başqalarını sıravi adlandırması rol oynamır. Dünya demokratiya uğrunda mübarizə aparır, demokratiyanın bir yolu da qanunlara tabe olmaqdan keçir. Beynəlxalq dəstək ümidini ifadə etdikdən sonra Kərimli bu dəfə üzünü xalqa tutur. Amma necə: “Baxın, indi mənə 9 min nəfər baxır, amma o biriləri danısanda 3-4 min baxacaq. (Yenə də özünü hər kəsdən yuxarıda görmək həvəsi-müəll.) Mən həbs olunaramsa, xalqımızın reaksiyasının nə olacağını bilmirik. Xalq hələ məsuliyyəti üzərinə götürməyib. Millət bəlkə də o reallıq qarşısında qalar ki, özü demokratiyanı bərqərar edər. Bu reaksiyanı bimək olmaz”. Bu ölkədə Kərimlinin “sabitliyin qarantı” kimi çıxış etmək həvəsinə düşməyini anlamaq olar, amma o imkana sahib olmadığını bilə-bilə bunu dilə gətirməyini anlamaq olmur. Özünü sivil mübarizənin qarantı hesab edən Kərimli bununla əslində ürəyindəkiləri dilə gətirir. Xalqın onu dəstəkləməsi, onun üçün heç olmasa, min nəfərin küçəyə çıxması Kərimli üçün böyük bir uğur olardı. Ancaq nə edəsən ki, hətta sosial şəbəkələrdə başıaşağı aparıldığı o mitinq fotoları da onun üçün kimlərinsə küçəyə çxımasına səbəb ola bilmədi. Elə buna görədir ki, məlum 19 oktyabr mitinqdindən sonra evinə gələrək ilk dəfə “Osmanqızı” kanalına çıxan Kərimli qəzəb dolu kövrəkliklə xalqa “Qanımı onlara halal etsəniz, sizi bağışlamaram” dedi. İndi bu fikrini bir qədər başqa formada davam etdirir. O, meydanda yox, həbsdə olarsa, xalqın qeyri-sivil mübarizə yoluna qədəm qoyacağını iddia edir. Bunun bir başqa adı da şantaja cəhddir. Kərimlinin səs tonundan bunun baş verəcəyinə əminlik hiss olunmaması bir tərəfə, böyük ümidsizlik də sezilirdi. Ancaq “siyasətdə olanları yox, ola biləcəkləri söyləmək əsasdır” fikrini əsas tutan Kərimli üçün bütün söylənilənlərin ancaq bir məqsədi vardı. Hökumətə “Məni həbs etməyin” iltiması... Təbii ki, ölkə gündəmində Kərimlinin həbs olunub-olunmaması kimi bir müzakirə və ya xüsusi bir plan olduğu haqqında hər hansı məlumat yoxdur. Adam sadəcə, özündən müştəbehliklə isterikanın caynağındadır. Ona görə də heç bilmir nə danışır, niyə danışır... Geri qayıt |