Əsas Səhifə > Partiya, Güney Press > “Rüşvətxor harda olmasından asılı olmayaraq, məsuliyyətə cəlb edilməlidir”

“Rüşvətxor harda olmasından asılı olmayaraq, məsuliyyətə cəlb edilməlidir”


14-05-2020, 09:13
“Rüşvətxor harda olmasından asılı olmayaraq, məsuliyyətə cəlb edilməlidir”
DTX-nın son vaxtlar bir-birinin ardınca həyata keçirdiyi həbslər cəmiyyətdə böyük rezonansa səbəb olmaqdadır. Bəs bu əməliyyatların davamlı şəkildə təşkili cəmiyyətdəki rüşvət və korrupsiyanın qarşısının alınmasına nə dərəcədə ciddi təsir göstərəcək?

Moderator.az-a açıqlama verən AXP sədri Pənah Hüseyn prolemin həlli üçün sistemli yanaşmaya ehtiyac olduğunu vurğuladı:

“Harda olmasından asılı olmayaraq, rüşvətxor və korrupsioner məsuliyyətə cəlb edilməlidir. Bu, mütləqdir. Ancaq bu gün bizim cəmiyyətdə rüşvət və korrupsiya o həddə çatıb ki, bunu 5-10, hətta min nəfəri həbs etməklə həll etmək mümkün deyil. Burada sistem xarakterli və ardıcıl işlər həyata keçirlməlidir. Ictimai nəzarət mexanizmi işlənib hazırlanmalıdır. Çoxpartiyalı siyasi sistem əsasında hakimiyyət orqanlarında dəyişiklikər olmalıdır. Bələdiyyə və qanunverici orqanda bunlar birbaşa təmsil olunmalıdır. Bunun üçün real seçkilər və müstəqil məhkəmə sistemi laızmdır. Nəhayət, ictimai nəzarətin çox mühüm bir faktoru kimi tənqidi media, siyasi partiayalar və ictimai sektor ictimai nəzarət prosesinə cəlb olunmalıdır.

Tənqidi medianın inkişafına köməkliyin göstərilməsi bu məsələdə xüsusilə əhəmiyyətlidir. Əgər bu sistemə paralel olaraq korrupsiyaya yol verən şəxslərin cəzalandırlması, həbs edilməsi prosesi baş verərsə, o zaman müəyyən bir müddətdən sonra ictimai əxlaq və ictimai-hüquqi mədəniyyət bu problemin səviyyəsini tədricən aşağı salar. Yoxsa, 3-5 icra başçısının həbsi ilə heç nə düzələn deyil və necə ki, düzəlmir. Bir icra başçısının həbsindən 5 ay keçəndən sonra bəlli olur ki, eyni işlə digər icra başçısı da məşğul olur. Yeni siyasi elitaya daxil olunan, ziyalı sayılan Əbülfəs Qarayevin rəhbərlik etdiyi nazirlikdə baş verən rüsvayçılıq da buna nümunədir”.

Geri qayıt