Əsas Səhifə > Partiya, Güney Press > “Siyasətdən çox dedi-qodu ilə məşğuldurlar”

“Siyasətdən çox dedi-qodu ilə məşğuldurlar”


16-05-2020, 10:37
“Siyasətdən çox dedi-qodu ilə məşğuldurlar”
“Düşünürəm ki, bu ünsürlərin siyasətdən daha çox dedi-qodu ilə məşğul olduğu ortadadır. Yəni bunların hansısa biri Azərbaycan cəmiyyətinin hətta tənqidi, müxalif yöndən də olsa ağıllı formada təhlil edərək ortaya qoymaq qabiliyyətləri, hökumətə daha sanballı təkliflər hazırlayıb vermək imkanları yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa Milli Şura üzvlərinin gizli iclasında müzakirə edilən məsələlərə münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, Milli Şura üzvlərinin yaratdığı obrazın arxasında bir çox hallarda ədəb görülmür: “Bir çox hallarda dərin siyasi bilgini, hətta özlərinin faydasına olan taktiki addımları da görmürsən. Bu müzakirələrdə də hansısa bir siyasi qüvvəylə müqayisədə özünün əhəmiyyəti ortaya qoyulmaz, birbaşa özünün əhəmiyyətli olduğunu isbat edən fəaliyyət forması seçər. Bunlar bir-biri ilə müqayisə zəminində mövcuddurlar. Yəni ki Müsavat bir az fəal deyilsə, mən fəalamsa bu mənim üçün təsəllidir. Artıq burada oturub təsəllinin zövqünü yaşayırlar. Halbuki siyasət yeni bir düşüncələri ortaya qoymağa yönələn bir sənətdir. Bunları biz görmürük. Yetişdirdikləri insanların da böyük əksəriyyəti artıq sosial şəbəkə tərbiyəsinə də xələl gətiriblər. Bunlar qarğa-quzğun kimi kiminsə bir spesifikasını paylaşıb onu söyməklə məşğuldurlar. Yaxud da kiminsə haqqında ancaq dezinformasiyaları paylaşmaqla məşğuldurlar. Bu da əsas hədəflərdən yayındırır. Artıq ölkə həyatında faydalı iş əmsalına sahib şəxslər kimi özünü göstərmirlər”.

F. Mustafa qeyd edib ki, bu gün düşüncə istiqamətində fərqli şeyləri cəmiyyətə təqdim etmək imkanı var:

“Müəyyən boşluqlar var ki, onları doldurmaq imkanı olmalıdır. Amma onlar bunu dolduracaq hazırlığa sahib deyillər. Ona görə də ya Müsavatı söyməlidirlər, ya da dedi-qodu etməlidirlər. Sən xainsən, satqınsan, düşmənsən deyirlər. Öz çevrələrində də normal həyat tərzləri, yaşam standartları özlərinin elan etdiyi əxlaq dəyərlərinə uyğun gəlmir. Ona görə də bu insanların xeyli hissəsini biz daha dərindən tanıdığımıza görə potensiallarını da bilirik. Bunlar sanki Həsən Səbbahın tərəfdarıdırlar. Ancaq linç etmək, ifşa etmək, inkar etmək üzərində siyasətlərini qurublar. Ona görə də sonunda yığışıblar bir Əlamut qalasına özləri üçün müqəddəslik fenomeni formalaşdırıblar. Amma cəmiyyət həyatına müsbət impuls verə biləcək qabiliyyətə sahib deyillər. Dedi-qodu üzərində qurulan siyasətin perspektivi ola bilməz. Ümid edirəm ki, bu yavaş-yavaş çürüyən bir mexanizm olacaq. Fürsət var idi dövlət həyatına qatılsınlar, koronavirus dövründə öz maraqlı təklifləri ilə çıxış etsinlər. Qoy hakimiyyət nəyisə qəbul etməsin və bu onların boynunda qalsın. Yenə də bu inkarçı mövqeylə, 20, 30 ilin mənasız dalanlara gedib siyasətiylə bir şeylər etmək çətindir”.

Geri qayıt