Əsas Səhifə > Partiya, Güney Press > “Sülh danışıqları nağıldır, əvvəl axır biz işğalçını torpaqlarımızdan vurub çıxaracağıq...”
“Sülh danışıqları nağıldır, əvvəl axır biz işğalçını torpaqlarımızdan vurub çıxaracağıq...”21-05-2020, 08:49 |
Mayın 21-də Şuşada Dağlıq Qarabağdakı separatçı erməni rejiminin qondarma “prezidenti seçilmiş” Araik Arutyunyanın “andiçmə” tədbiri keçiriləcək. Bu məsələ Azərbaycan cəmiyyətində Müdaifə Nazirliyindən fərqli olaraq kəskin etiraz doğurur. Cəmiyyət hökumətdən hərbi yolla tədbirin əngəllənməsini tələb edir. Milli Məclisin deputatı Aqil Abbas Moderator.az-a açıqlamasında deyib ki, ermənilər bununla bir daha bizim hisslərimizlə oynamağı hədəfləyirlər: “Ermənilər bu addımlarla bizim hisslərimizlə oynayırlar və bizə meydan oxumaq istəyirlər. Yəqin ki, az qalıb, orada biz özümüz parad keçirəcəyik. Bir gün bizim də konkret addım atan vaxtımız olacaq. Ancaq bunun cavabını Müdafiə Nazirliyi verməldir”. Aqil Abbas onu da əlavə edib ki, torpaqlarımzın azad edilməsi sülh yolu ilə mümkün olmayacaq: “Sülh danışıqları nağıldır, əvvəl axır biz işğalçını torpaqlarımızdan vurub çıxaracağıq”. Geri qayıt |