Əsas Səhifə > Partiya, Güney Press > ABŞ-da yaşayan telejurnalist Sevinc Osmanqızının video-çıxışını dəqiqə-dəqiqə "sökdü"

ABŞ-da yaşayan telejurnalist Sevinc Osmanqızının video-çıxışını dəqiqə-dəqiqə "sökdü"


27-07-2020, 09:33
ABŞ-da yaşayan telejurnalist Sevinc Osmanqızının video-çıxışını dəqiqə-dəqiqə "sökdü"
ABŞ-da yaşayan həmvətənimiz, peşəcə televiziya işçisi olan İsmayıl Cəlilov ölkəmizin ictimai-siyasi gündəminə bomba kimi düşmüş məsələyə - Sevinc Osmanqızının videoçıxışlarıına münasibət bildirib.

Musavat.com İ.Cəlilovun mübahisəli məsələdə bir xeyli aydınlaşdırıcı fikirlər irəli sürdüyünü nəzərə alaraq onun qeydlərini dərc edir.

***

Osmanqızı kanalındakı artıq montaj edilib yayılan videoya baxa-baxa etdiyim əlavələr: (TAM video deyə bilmirəm buna, çünki naməlum hissələri kəsilib təqdim olunur)

1) Bu çıxış, qarşı tərəfə çox legitimlik vermiş oldu. Deyəcəklər, baxın, öz jurnalistiniz etiraf edib. Bunun, bu çıxışının sədaları çox yerdən gələcək hələ.

2) OsmanqızıTV-də, öz kanalında bu video artlq montaj olunub. Niyə? Canlı yayımın videosudursa, niyə kəsik-kəsik edib paylaşılır? Kəsdiyi yerlərdə nə deyilib? Mən buna canlı baxmamışam. Baxıb irad tutanlar 12:34 baxsın. Ondan əvvəl də, sonra da montaj yamaqları var. Niyə?

3) Özü deyir ki, oraya gələnlər, bilmədən bir təxribata cəlb olunublar (16:29). Yaxşı, bu təxribat nədən ibarət idi? Əks nümayiş keçirmək azərbaycanlıların haqqıdır. Oradakı azərbaycanlılar nə təxribat işlədiblər?

4) “Konsulluq deyirmi, sizi nə gözləyir?” (16:51). Konsulluğu tənqid etmişəm, ortalıqdadır. Amma konsulluq hardan bilsin ki hücum olacaq? Normalda nümayişçilər, kontr-nümayişçilərdən ayrı tutulur. Axı videonun əvvəlində özü də Türkiyə səfirliyi qarşısından kardrlar göstərib, özü də dəfələrlə oraya getdiyini deyib? Elə hallarla üzləşibmi orada?

5) 17:10 (təqribi) Deyir ki, "səfirlər, konsulluq işçiləri beynəlxalq konvensiyalar tərəfindən mühafizə olunur" və s. Bunu getsin ASALA erməni terorçu təşkilatı tərəfindən qətlə yetirilmiş Türkiyə diplomatlarına desin. 1970-ci illərdə bir sıra Türk diplomatı ASALA tərəfindən Avropada öldürülüb. Sevinc bunu bilməmiş olmaz. Bu nə məntiqdir belə?

6) 11:00. "Azərbaycan imicinin bandit, xuliqan olduğunu təsbit etməkdən ötrümü savaşdınız", deyir. Buna diqqət çəkirəm: 50 nəfər 3,000-5,000 adam tərəfindən döyülürsə, məgər, bu 50 nəfərə "bandit, xuliqan" gözü ilə baxılırmı? Kim belə baxır? Sevincmi? Azərbaycan tərəfi nə mənə, nə də ağlı başında heç kimə bandit və xuliqan kimi görünmədi axı.

7) 21:00 civarlarında Türk diplomatlarının qətlə yetirilməsini yada salıb. Özü özünü təkzib edir bu. Bir də, Sevinc, bir əsr bundan əvvəl olmayıb, google-da axtarış ver və bax.

8) 21:28 "Mən sizi inandırım ki heç erməni tərəfində belə niyyət yoxdur." Sən bilərsən, Sevinc... "Bu sivil qarşıdurmanı pozan Azərbaycan tərəfidir". Necə? Nə ilə? Kontr-protestlə? Bu nə məntiqdir belə?

9) Los Ancelesdə konsulluq var. Səfirlik, yalnız ölkənin paytaxtında olur, o da Vaşinqtondur. Yani, xüsusi dərrəkaya malik olanlar üçün: KONSULLUQ LOS ANCELESDƏ. SƏFİRLİK-VAŞİNQTONDA. Qitənin o biri tayında. Amerikada yaşayan jurnalistimiz bunu necə bilməyə bilər axı?

10) Özünü orada keçirilən tədbirin həm-təsisçisi kimi qələmə verən Turgut Əliyev ilə müsahibəmiz ortalıqda. Orada toplaşanlar, konsulluğu qorumaq üçünmü getmişdilər, yoxsa əks-nümayiş keçirmək üçün? Konsulluğu qorumaq söhbəti hardan çıxıb ortalığa? Bildim. SEVİNCİN TƏXƏYÜLÜNDƏN".

Geri qayıt