Əsas Səhifə > Partiya, Güney Press > “Elə dövrə gəlib çatmışıq ki, prezident özü müxalifət lideri kimi bütün problemləri sadalayır”
“Elə dövrə gəlib çatmışıq ki, prezident özü müxalifət lideri kimi bütün problemləri sadalayır”7-08-2020, 08:43 |
Bunu illərdir iqtisadçılar da, iqtisadçı olmayanlar da deyir. Dövlət şirkətləri uzun illərdir dotasiyaya oturub, bunların idarəçiləri effektiv menecment qurmaq əvəzinə, mükəmməl korrupsiya sistemi qurublar. Əsas məqsəd xalqa xidmət yox, xalqın sərvətlərini - büdcə vəsaitlərini talan etmək olub. Çox təəssüf ki, ötən dövrdə Azərbaycanda heç bir strateji vəzifənin həllinə nail olunmayıb. Çox qiymətli illər itirilib. Ölkə yoxsullaşır və belə görünür ki, bu tendensiyanı qarşıdakı illərdə dayandırmaq mümkün olmayacaq. Təkcə dövlət şirkətlərinin yox, ümumən dövlətin idarə edilməsində ciddi problemlər var. Doğrudan da, belə davam edə bilməz, bu platformada ötən dövrlərdə bunu minlərlə insan yazıb, indi də yazır, deyir. Amma bu xəbərdarlıqların heç biri nəzərə alınmayıb, neft gəlirlərinin fontan vurduğu dönəmlərin dadı damağında qalmış hakimiyyət ümid bəsləyib ki, neftimiz yenə bahalaşacaq, dərdlər bitəcək, niyə başımızı ağrıdıb, nəyisə dəyişək ki... İndi elə dövrə gəlib çatmışıq ki, prezident özü müxalifət lideri kimi bütün problemləri sadalayır. Azərbaycanda köklü sistem dəyişikliyinə, dərin siyasi və iqtisadi islahatlara ehtiyac var. Siyasi təqiblərə dərhal son qoyulmalı, haqsız həbs olunanlar buraxılmalıdır. Ölkədə milli barış və quruculuq mərhələsi başlamalıdır. Seçki saxtakarlığı kimi biabırçı praktikadan birdəfəlik imtina olunmalı, tezliklə bu parlament buraxılmalı və yeni qanunvericilik əsasında, proporsional sistem üzrə demokratik seçkilər keçirilməlidir. Başqa yol qalmayıb. Şahin Cəfərli Politoloq //pravda.az// Geri qayıt |