Əsas Səhifə > Partiya, Güney Press > "Azərbaycan ordusu da zəif ordu deyil"
"Azərbaycan ordusu da zəif ordu deyil"12-08-2020, 08:36 |
Müvəqqəti olaraq Türkiyədə yaşayıb-işləyən tanınmış Qarabağ qazisi, keçmiş Laçın alayının komandiri, milli azadlıq hərəkatının fəallarından olan Arif Paşa bu günlərdə Vətənə dönüb. İstefada olan polkovnik Moderator.az-a müsahibəsində Türkiyə-Azərbaycan ordularının yenicə yekunlaşan birgə genişmiqyaslı təlimlərindən, ölkəmizdə qardaş dövlətin hərbi bazalarının yerləşdirilməsinin perspektivlərindən, bunun hər iki ölkə üçün xüsusi əhəmiyyət daşımasından danışıb. -Arif bəy, bir keçmiş hərbçi, alay komandiri və milliyyətçi baxışlara malik vətəndaş, milli azadlıq hərəkatının fəallarından biri kimi bu günlərdə keçirilmiş Azərbaycan-Türkiyə birgə təlimlərini necə dəyərləndirirsiz? - Türkiyə və Azərbaycan ordularının birgə təlimlərindən böyük qürur hissi keçirirəm. Türkiyə ordusu dünyanın ən güclü ordularından biridir. Xüsusən quru qoşunları... Türk əsgəri ən müxtəlif döyüş şəraitlərində vuruşmağı bacaran çox peşəkar bir hərbçidir... Eyni zamanda hesab edirəm ki, Azərbaycan ordusu da zəif ordu deyil. Ancaq təbii ki, təminat baxımından, davamlı milli dövlətçilik baxımından, həm də ərazicə daha böyük ölkəyə mənsub olduğu üçün Türkiyə ordusu daha güclü və təcrübəlidir... Onu da nəzərə almaq lazımdır ki, xalqlarımız kimi ordularımız da mənəvi-psixoloji baxımdan bir-birlərinə çox yaxındır. Orduları təşkil edən şəxsi heyətin eyni dünyagörüşünə, inanca, dini və milli dəyərlərə, həyat tərzinə malik olması, eyni bir coğrafi vətəni qoruması onların biri-biri ilə mehriban, sıx münasibətinə şərait yaradır. Bu mənada sanki, el dilində desək, Azərbaycan və Türkiyə ordularının göbəyi göydə kəsilib... Onu da xüsusi olaraq vurğulamaq istərdim ki, torpaqlarımızın işğal altında olmasına rəğmən Azərbaycan ordusu da şərəfli döyüş yolu keçmiş bir ordudur. Bu ordu heç vaxt özü uduzmayıb, onu ölkəmizdəki, paytaxtdakı, o cümlədən işğal olunmuş ərazilərimizdəki Rusiyaya bağlı qüvvələr, Kremlin mənafeyinin Azərbaycanda təmsilçiləri öz təxribat və xəyanətləriylə gücdən salıb, arxadan zərbələrə məruz qoyaraq rus ordusuna güvənən erməni silahlı birləşmələri qarşısında məğlub duruma salıblar. Döyüşlərdə iştirak edənlərə yaxşı bəllidir ki, hazırda işğal altında olan bütün rayonların işğalında Rusiya ordusu birbaşa və ya dolayısıyla ermənilərə dəstək verib. Odur ki, bundan sonra da Rusiyadan xoşniyyətli addım gözləmək sadəlöhvlukdür. Tarixdə elə bir misal yoxdur ki, Rusiya Azərbaycanın xeyrinə hər hansı bir addım atmış olsun... -Tovuz döyüşləri və son birgə təlimlərdən sonra Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi məsələsi bir daha aktuallaşdı... Bu haqda nə düşünürsünüz? -Əvvəla, tarix elə gətirib ki, biz çox bədniyyətli, böyük milli iddiaları olan, amma mənəviyyatca çox cılız bir toplumla qonşu olmuşuq. Və proseslərin gedişi onu göstərir ki, biz ermənilərə qarşı nə qədər nəcabətli, xeyirxah addımlar atsaq da, onlar bunu qəbul etməyərək öz xain və məkrli münasibətlərindən əl çəkmirlər. Bir zamanlar müxtəlif coğrafiyalardan toplanıb cəmi 9 min kv.km ərazidə yaşayan bu üzdəniraq xalq əsasən Rusiyanın köməyi ilə Azərbaycanın tarixi torpaqlarının 20 min kv.km-ni ələ keçirərək özlərinə qondarma bir dövlət qurublar. Və bu gün yenə də Rusiyanın hərbi-siyasi dəstəyi ilə müstəqil Azərbaycan Respublikasının hüquqi ərazisinin 20 faizini də faktiki işğal edərək, on minlərimizi amansız qətl, işgəncə və əsirliyə, 1 milyona yaxın insanımızı isə 30 ilə yaxın müddətdə didərgin həyatı yaşamağa məhkum ediblər. Yəni bunlar bizi bir xalq olaraq tamamilə məhv etmək məqsədini qarşılarına qoyublar. Sayları az olmalarına rəğmən ermənilər çox təhlükəli düşməndirlər. Çünki həyasız, mənəviyyatsız, zalım, qatil, qaniçən və hiyləgərdirlər. Və bu işdə onlara Rusiya ilə yanaşı, Avropa və ABŞ-ın ikiüzlü mövqeyi də yardımçı olur. Bizə isə birbaşa dəstək verən, can yandıran yalnız Türkiyədir. Çoxdan biz deyirik ki, biz bir xalqıq... Bu baxımdan Türkiyənin Azərbaycanda hərbi bazaları çoxdan qurulmalıydı... Türkiyənin hərbi bazalarının Azərbaycanda yerləşməsinə ermənilərdən savayı kimlər etiraz edə bilərlər? Xarici güclərin, əsasən Rusiyanın dəstəyi ilə etnik separatizmlə məşğul olub Azərbaycanın unitar quruluşuna qəsd edərək onu parçalamaq məqsədi güdənlər... Azərbaycanda müəyyən “stanlar” yaratmağa cəhd göstərənlər... Eləcə də Rusiya hakimiyyəti və onun Azərbaycandakı bağlantıları... Bütün bunları düşünüb təhlil edəndə Azərbaycanda Türkiyənin bazalarının yerləşdirilməsinin nə qədər vacib və zəruri olduğu ortalığa çıxır. Bu, ölkəmizin, dövlətimizin gələcək mövcudiyyəti üçün həddindən artıq gərəkli bir məsələdir. İkincisi də biz Türkiyə ilə eyni bir millətik, bizim keçmişimiz də, taleyimiz də eynidir, gələcəyimiz də bir olmağa məhkumdur. O baxımdan biz bir xalqıq... Üçüncüsü, Azərbaycanda Türkiyə bazalarının yerləşdirilməsi yalnız bizim deyil, bilavasitə Türkiyənin öz maraqlarına da uyğundur. Çünki Azərbaycan nə zamansa, Allah eləməmiş, yenidən birbaşa Rusiyanın təsir dairəsinə keçərsə, bu, o demək olar ki, Rusiya özünü Türkiyə ilə sərhədlərə yaxınlaşdırır. Yəni bu, artıq Türkiyənin öz təhlükəsizliyini təhdid altında qoyan bir məsələdir. Ancaq Türkiyənin ölkəmizdə hərbi bazalarının yerləşdirilməsi Azərbaycanın Rusiyanın təsirindən birmənalı qopması deməkdir. Azərbaycanda Qarabağın işğalından ruhlanmış etnik separatizmin birdəfəlik gömülməsi deməkdir. Və dediyim kimi, eyni zamanda Türkiyənin Qafqazlar istiqamətində təhlükəsizliyinin təminatı deməkdir. Odur ki, qardaş ölkənin bazalarının Azərbaycanda yerləşdiriməsi məsələsi təcili öz həllini tapmalıdır. Çünki regiondakı hazırkı hərbi-siyasi durumda bu, Azərbaycanla yanaşı, rəsmi Ankaranın öz maraqlarına da uyğundur. Və təbii ki, yalnız vaxtaşırı birgə hərbi təlimlərlə kifayətlənmək olmaz. Qarabağın - işğal altındakı torpaqlarımızın azad edilməsi üçün təcili və konkret hərbi-siyasi addımlar atılmalıdır. Bu baxımdan Türkiyə ordusunun bu dəfə də Azərbaycandan “əliboş” qayıtması hər iki ölkənin maraqlarına zidd olar... -Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin keçirildiyi günlərdə Rusiyapərəst qüvvələr əhali arasında belə bir təbliğat aparmağa başlayıblar ki, guya rəsmi Moskva rəsmi Bakıya vəd edib ki, Türkiyə ordusunun Azərbaycanda heç bir baza qurmadan gedəcəyi və Qarabağ məsələsinə müdaxilə etməyəcəyi təqdirdə Kreml torpaqlarımızın azad edilməsi üçün Milli Ordumuzun keçirəcəyi hərbi əməliyyatlara qarışmayacaq... Yəni, təxminən bir ay müddətində Azərbaycana möhlət veriləcək ki, Qarabağı azad etsin... Rusiyadan belə bir addım gözləmək mümkündürmü?.. (Davamı var) Geri qayıt |