Əsas Səhifə > Partiya, Güney Press > “Tədris prosesini məsafəli formada həyata keçirmək olar"
“Tədris prosesini məsafəli formada həyata keçirmək olar"15-08-2020, 08:33 |
Pandemiya şəraitində xüsusi diqqət yetirilməli olan məqamlardan biri də tədrisə cəlb edilən müəllimlərin böyük əksəriyyətinin yuxarı yaş qrupuna aid olmasıdır. Bu barədə Təhsil İnstitutundan bildirilib. Məlumatda qeyd olunub ki, onlar pandemiya vəziyyətində yüksək risk daşıyıcılarıdırlar: “Yüksək risk qrupuna aid müəllimlərin sağlamlığının qorunması prioritetlərdən biri olmalıdır”. İndiki şəraitdə xalqın sağlamlığının daha vacib olduğunu deyən millət vəkili Tahir Kərimli “Sherg.az”a söyləyib ki, restoran və kaferlərin fəaliyyətinə müəyyən məsafə saxlamaqla icazə verilir. Bunu təhsil sistemində də tətbiq etmək olar. Deputat qeyd edib ki, bir sıra dövlətlərdə universitet və orta məktəblər yenilənir: “Onların hamısı müəyyən hədlərlə fəaliyyət göstərir. Uşaqlar bir-birindən şəffaf şüşələrlə ayrılırlar ki, təmasda olmasınlar. Düşünürəm ki, bu qaydalara əməl etməklə ölkəmizdə dərslər keçirilə bilər. Düzdür, distant təhsil çox məşhurlaşıb, faydalıdır, müasir təhsil sisteminə keçiddə böyük rol oynayır. Amma bu, faktiki təhsilin yerini vermir. Ona görə sosial məsafəni gözləmək şərtilə əyani təhsil sistemini bərpa etmək lazımdır”. Parlamentarinin sözlərinə görə, ola bilsin ki, pandemiya 65 yaşdan yuxarı olan şəxslər üçün təhlükəli vəziyyət yaradır. Amma koronavirus qocaya və cavana baxmır: “Düzdür, yaşı 65-dən çox olan şəxslər yüksək risk qrupudur. Lakin yaşlı müəllimlərin yeri tam doldurulmur. Onların dərs keçmək keyfiyyəti, təcrübəsi yüksəkdir. Ona görə də tədris prosesini məsafəli formada həyata keçirmək olar”. Geri qayıt |