Əsas Səhifə > Partiya, Güney Press > ReAL-dan Gültəkin Hacıbəyliyə cavab:
ReAL-dan Gültəkin Hacıbəyliyə cavab:17-08-2020, 13:38 |
Milli Şura adlı radikal qrupun üzvü Gültəkin Hacıbəyli növbəti dəfə ReAL partiyasını hədəfə alıb. Əvvəllər də ReAL tərəfdarları və funksionerləri haqqında xoşagəlməz ifadələr işlətmiş Gültəkin Hacıbəyli “Facebook” statusunda iddia edib ki, guya hökumət Belarus hadisələri ilə bağlı hansısa müxalifət partiyalarına tapşırıq verib. O, bu mövzuda ReAL-çı deputat Erkin Qədirlinin adını xüsusilə qeyd edib. Məsələ ilə bağlı Azvision.az -a açıqlama verən ReAL partiyasının Siyasi komitəsinin üzvü Natiq Cəfərli bu cür anormal yanaşma və ittihamları Milli Şuranın kin-küdurətinin, qarayaxma kampaniyasının hələ də davam etməsinin təzahürü kimi qiymətləndirib. “Açığı, mən Gültəkin Hacıbəylini izləmirəm, onun məlum statusunu da görməmişəm. Ümumiyyətlə, o qrupda olanların fəaliyyətini izləmirəm. Çünki mənasız, məzmunsuz, tərbiyəsiz, siyasi etikası olmayan adamlara vaxt sərf etməyi, indiyə qədər yüz oyundan çıxmış, iki dəfə mandat almış, bir neçə dəfə mövqeyini dəyişmiş insanlara fikir bildirməyi özümə sığışdırmıram. Biz onlardan fərqli olaraq daha ciddi işlərlə məşğul olmağa çalışırıq”. Qarayaxma kampaniyaları aparmağın, çamur atmağın Milli Şurada təmsil olunanların həyat tərzinə çevrildiyini deyən Natiq Cəfərli “sosial qeybətlərə” vaxt ayırmağa həvəsli olmadıqlarını vurğulayıb: “Hansısa qeyri-rasional və qeyri-ciddi qurumun nümayəndəsinə, marginal bir qrupun təmsilçisinə baş qoşmaq bizlik deyil. Həm də bütün cəmiyyət Milli Şuranın “zoom konfrans”larından olan videolarında bu adamın tərbiyəsini də, mədəniyyətini də, siyasi savadını da görüb. İndi belə bir adama nə cavab verək axı? Mənim üçün həmin şəxs, onun təmsil etdiyi təşkilat sadəcə siyasət sahəsində yoxdur. Onlar artıq şou-biznesdə dəyərləndirilməlidir. Bu şəxslə bağlı şou əhli, müğənnilər və aktrisalar cavablar səsləndirsə, daha yaxşı olar. Qısası, söhbət ondan gedir ki, artıq qarayaxma, çirkab, çamur atmaq təşkilatın, həmin status yazan şəxsin həyat tərzinə çevrilib”. N.Cavadlı onu da deyib ki, həyatı onu-bunu ləkələmək, çamur atmaqla keçən Gültəkin Hacıbəyli tapşırıq aldığı üçün yenidən ReAL-ı hədəf seçib: “Bu adamdan indiyə kimi arqumentli, detallı bir mövqe, analiz görmüsünüzmü? Yox! Yaxşı olar ki, gedib öz qaranlıq keçmişlərini, müəyyən bağlantılarını araşdırsınlar. Özlərində təpər tapıb həmin qaranlıq bağlantıları ilə bağlı heç olmasa xalqdan üzr istəsinlər”. Geri qayıt |