Əsas Səhifə > Partiya, Güney Press > Partiya sədrindən din xadimlərinə müraciət:
Partiya sədrindən din xadimlərinə müraciət:28-10-2020, 08:05 |
“Təcavüzkar ermənilərin katalikosu erməni xalqını müharibəyə səsləyir, erməni keşişlərini əllərində xaç erməni əsgərlərinin yanına göndərir. Hacı Şahin isə çağırış etmək əvəzinə qorxa-qorxa bütün dinlərin təcavüzü qəbul etmədiyini deyir”. Cebhe.info xəbər verir ki, bunu Bütöv Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib. Partiya sədri din xadimlərinə müraciət edib: “İranda, İraqda, Suriyada, Fələstində bir hadisə olan kimi dünyanı dağıdır, cihaddan, müsəlmançılıqdan, zalıma qarşı mübarizədən danışırsınız, Qasım Süleymani öldürüləndə kütləvi yasa batıb Amerikaya müharibə elan edirdiniz, indi səsiniz niyə çıxmır? Məgər Vətən uğrunda şəhid olan övladlarımızın əksəriyyəti müsəlman deyil? Cəmiyyətin vacib təbəqəsi olaraq sizin işiniz yalnız yas məclislərini yola vermək deyil, həm də müharibə aparan millətə, əsgərə mənəvi ruh, dəstək verməkdir. Düşünürəm ki, Şeyx başda olmaqla bütün din xadimləri ehtiyatlı, çəkingən mövqeni bir kənara qoyub əməli fəaliyyət göstərməlidirlər. Vətən müharibəsini yaşayırıq. Ermənilər Gəncədən Tərtərə, Bərdəyədək hər yerə ballistik raket atıb körpələrimizi, qardaş-bacılarımızı vəhşicəsinə qətlə yetirirlər, erməni cəmiyyətinin, o cümlədən, dini kəsimlərinin, din xadimlərinin hamısı istisnasız millətimizə kin, nifrin üfürür, müharibəyə səsləyirsə biz də kimin hansı sahədə olmasından asılı olmayaraq düşmənə adekvat cavab verməliyik”. Geri qayıt |