Əsas Səhifə > Partiya, Güney Press > Cənubi Qafqazda lider dövlətə çevrilməyimiz bizi qələbəyə aparan yolun ən əsas səbəblərindəndir
Cənubi Qafqazda lider dövlətə çevrilməyimiz bizi qələbəyə aparan yolun ən əsas səbəblərindəndir2-11-2020, 10:27 |
İlk növbədə uzun illər boyu Azərbaycan dövlətinin Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik şəkildə hərbi-siyasi və iqtisadi inkişaf etdirilməsi, həmçinin Azərbaycanın Cənubi Qafqazda bütün sferalarda lider dövlətə çevrilməsi prosesləri dəyişən, bizi qələbəyə aparan ən ciddi amillərdən biridir. Bunu Trend-ə tarixçi alim Mübariz Ağalarlı deyib. Onun sözlərinə görə, digər tərəfdən xüsusilə son onillikdə Türkiyənin hərbi-siyasi baxımdan daha da güclənməsi, Yaxın Şərq bölgəsində və Aralıq dənizi hövzəsində söz sahibinə çevrilməsi, eyni zamanda bölgədə baş verən geosiyasi hadisələrdə bir çox parametrlərə görə Rusiyanı üstələməsi və bu kontekstdə türk-rus əməkdaşlığı Cənubi Qafqazda baş verən hadisələrə ciddi şəkildə təsir edən faktorlardandır. M.Ağalarlı qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev siyasi hakimiyyətdə olduğu 17 il ərzində böyük dövlətlərin diktə etdiyi reallıqları dağıdaraq yeni reallıq yaratdı. Alim əlavə edib ki, hazırda Azərbaycan Ordusunun zəfər yürüşü ilə davam edən əks- həmlə əməliyyatları təkcə Qarabağ problemini birdəfəlik olaraq həll etmir, eyni zamanda Ermənistanın gələcək siyasi tənəzzülünə zəmin yaradır: "Çünki istər siyasi, istər iqtisadi, istərsə də psixoloji baxımdan çökməkdə olan Ermənistanı və onun mövcud hakimiyyətini qarşıda ağır günlər gözləyir. Bir sözlə, Qarabağda erməni işğalının sonu, Ermənistanın tənəzzülünün başlanğıcı olacaq". Geri qayıt |