Əsas Səhifə > Partiya, Güney Press > "Möcüzəyə ehtiyacımız var, dualarımız Hikmət bəylədir..."

"Möcüzəyə ehtiyacımız var, dualarımız Hikmət bəylədir..."


20-11-2020, 08:48
"Möcüzəyə ehtiyacımız var, dualarımız Hikmət bəylədir..."
“Otuz ildən çoxdur ki, tanıdığım, silahdaş, həmsöhbət olduğum, hər zaman yüksək intellekti, tükənməz enerjisi, bitməz inadkarlığı və təkrarsız yumoru ilə fərqlənən, iştirakı ilə hər zaman canlanma yaradan Hikmət Hacızadənin son günlərdə insult keçirib, komada olması çox ağırdır”.

Pravda.az-ın xəbərinə görə, bunu Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər deyib.

“Ona bizim kömək etməyimizin mümkünsüzlüyü də çox ağırdır. Bu gün bu dəyərli dostumuzun, Azadlıq Hərəkatının və demokratik ictimaiyyətin ən önəmli simalarından birinin yola davam etməsi üçün möcüzəyə ehtiyacımız var. Dualarımız Hikmət bəylədir...” – İ.Qəmbər bildirib.

Geri qayıt