Əsas Səhifə > Partiya, Güney Press > “Dövlətimimiz humanistlik göstərib ermənilərə Kəlbəcəri tərk etmələri üçün əlavə 10 gün vaxt verdi, onlar isə...”
“Dövlətimimiz humanistlik göstərib ermənilərə Kəlbəcəri tərk etmələri üçün əlavə 10 gün vaxt verdi, onlar isə...”20-11-2020, 09:25 |
Döyüş meydanında məğlub olan və kapitulyasiya haqqında saziş imzlaamağa məcbur olan Ermənistan, yaxın günlərdə tərk edəcəyi Kəlbəcər və Laçında yanğın və talanalr törətməkdə, öz vəhşiliklərini davan etdirməkdədir. Moderator.az olaraq millət vəkili Siyavuş Novruzovla söhbətimizdə, bu və digər məsələləri müzakirə etməyə çalışdıq. -Siyavuş müəllim, bir neçə gün bundan öncə əcnəbi jurnalistlərin Füzuli rayonuna səfəri təşkil edildi. Məqsəd onların ermənilər tərəfindən törədilən vəhşilikləri bilavasitə müşahidə etməsinə şərait yaratmaq idi. Sizcə əcnəbi jurnalistlərin işğaldan azad edilən digər rayonlara da mütəmadi səfərlərinin təşkili erməni barbarlığının dünya miqyasında ifşası baxımından nə dərəcədə faydalı ola bilər? -Hesab edirəm ki, bu, çox vacib amillərdən biridir. Bəzi Avropa dövlətləri bəzi məsələlərə yenə də özünəxas ədalətsiz şəkildə münasibət bəsləyirlər. Onlar Azərbaycanın haqq işini müdafiə etmək əvəzinə, təcavüzkar Ermənistanın maraqlarını müdafiə edirlər. Biz bütün bunlara baxmayaraq Erənistanın son 30 ilə yaxın müddətdə törətdiyi bütün cinayətləri dünya ictimaiyyətinə çatdırmalıyıq. Bildiyiniz kimi, cənab prezident ermənilərin dəyişdirdiyi, təhrif etdiyi yer adlarının dəyişdirilməsi, torpaqlarımızın, abidələrimizin tarixi adlarının onlara qaytarılması istiqamətində davamlı addımlar atır. Artıq bir çox toponimin adı dəyişdirilib. Dağlıq Qarabağın işğal edilmiş ərazilərində və Qərbi Azərbaycanda 700-dən artıq yerin adı ermənilər tərəfindən dəyişdirilib. Bura müxtəlif tarixi abidələr, kəndlər, qəsəbələr, şəhərlər və s. daxildir. Bunun 300-ü isə Dağlıq Qarabağ ərazisindədir. Alban kilsələrinin sökülüb aparılması, özününküləşdirilməsi prosesi müşahidə edilir. Hansı ki, bu kilsələr yəqin ki, Ermənistanın müxtəlif yerlərində quraşdırılacaq və ictimaiyyətə erməni kilsələri kimi təqdim ediləcək. Ermənistan Azərbaycan torpaqlarında çoxlu sayda məscid və məqbərə də dağıdıb. Xarici jurnalistlərə təqdim edilən bu vəhşiliklər erməni vandalizminin göstəricisidir. -Işğaldan azad edilən rayonlara səfər edən xarici media nümayəndələrinin, eləcə də diplomatların bu səfərlərinin faktlaşdırılmasına ehtiyac varmı? -Təbii. Biz şahid olduq ki, dinc sakinlərə qarşı nəinki Dağlıq Qarabağ ərazisində, eyni zamanda Azərbaycanın digər şəhərlərində - Gəncə, Bərdə və s. şəhərlərdə ermənilər tərəfindən terror aktları həyata keçirildi. Mülki insanlara qarşı qadağan edilmiş raketlər tətbiq olundu. Nəticədə xeyli insan həlak oldu və yaralandı. Mənzillərə, ictimai-sosial obyektlərə böyük ziyan dəydi. Tərtərdə, Goranboyda, Naftalanda da biz bunlara şahid olduq. Hesab edirəm ki, dağıdılan şəhər və kəndlərimiz yenidən tikilib bərpa edilənə qədər, ermənilərin törətdiyi vəhşiliklər tam şəkildə faktlaşdırılmalıdır. Xarici jurnalistlərin faktlaşdırma prosesində yaxından iştirakı təmin olunmalıdır. Baxın, Xocalı soyqırımı ilə bağlı bir çox şahidlər mövcuddur. Onlar yaşadıqları faciəni danışır, bunu ən xırda detalına kimi təsvir edirlər. Lakin bununla belə, bu da bir həqiqətdir ki, biz o zaman medianın imkanlarından lazımi səviyyədə istifadə edə bilmədik. Erməni vəhşiliklərinin sadəcə xarici media nümayəndələri tərəfindən deyil, eyni zamanda Respublika Prokurorluğu, Ombudsman Aparatı və s. tərəfindən faktlaşdırılması zəruridir və faktlaşdırılır. Eyni zamanda faktlaşdırılan bu məsələlər müxtəlif qurumlara göndərilir. Xarici səfirlərin, hərbi atteşələrinin də bu prosesdə iştirakını faydalı hesab edirəm. Onların iştirakının özü də faktlaşdırılmalıdır. Faktlaşdırılmalıdır ki, sabah kimsə ora getmədiyini, heç nə görmədiyini iddia edə bilməsin. -Siyavuş müəllim, Azərbaycan tərəfi Kəlbəcərin boşaldılması üçün ermənilərə əlavə 10 gün də vaxt verdi. Sizcə dövlətimizin bu humanizmindən istifadə edən ermənilərin Kəlbəcərdə yanğın və talanları davam etdirməsi bir daha bu yoplumun vəhşi və barbar təbiətindən xəbər vermirmi? -Ermənilər Ağdam, Laçın və Kəlbəcərdə evləri, meşələri yadırır, böyük dağıntılar törədirlər. Hətta ev heyvanlarına kimi öldürür, hər yeri minalayırlar və s. Biz bütün bunların şahidiyik. Sühməramlı qüvvələr də bunu görür. Azərbaycan dövləti humanistlik göstərərək ermənilərə Kəlbəcərdən çıxmağa 10 gün əlavə vaxt verdi. Ermənilər isə bu müddət ərzində Kəlbəcəri tərk etməklə yanaşı, orada vandallıqla məşğul olmağı da yaddan çıxarmadılar. Təbii ki, bütün bu vəhşiliklər dünya ictimaiyyətinə çatdırılmalıdır. Bu yaxınlarda BBC kanalının bu yöndə hazırladığı reportaj dünyada böyük səs-küy yaratdı. Bütün dünya bir daha gördü ki, ermənilər necə bir millətdir, necə böyük vəhşiliklər törədirlər. Türkiyə, Rusiya jurnalsitləri ilə yanaşı, ABŞ, Avropa, Şərq ölklərinin məşhur telekanallarının, KİV-lərinin bu yöndə hazırlayacağı verilişlər, araşdırmalar erməni vəhşiliyinin ifşası baxımıdnan çox mühüm əhəmiyyətə malikdir”. Geri qayıt |