Əsas Səhifə > Partiya, Güney Press > "Belələri bir daha hakimiyyət üzü görməməlidir"

"Belələri bir daha hakimiyyət üzü görməməlidir"


26-11-2020, 08:34
"Belələri bir daha hakimiyyət üzü görməməlidir"
Prezident İlham Əliyev son 10 gündə ikinci dəfə Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyanı Xocalı cəlladları, əli qanlı cəlladlar adlandırdı. Nikol Paşinyanın heç kim olduğunu bəyan edən Azərbaycan Prezidneti ordumuzun məhz Köçəryan-Sərkisyan cütlüyünün ordusunu darmadağın edib çökdürdüyünü, məhz bu iki canini məğlub etdiyimizi bəyan elədi.

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycan Prezidentinin Köçəryan-Sərkisyan tandemi ilə bağlı səsləndirdiyi fikirlər bügunə qədər yaşadığımız faciələrin, xalqımızın başına gətirilən olmazın bəlaların, işğal altında olan torpaqlarımızda həyata keçirilən amansız müharibə cinayətlərinin, vandalizm aktlarının mahiyyətini əks etdirən fikirlərdir. Azərbaycana qarşı həyata keçirilən müharibə cinayətlərinin, etnik təmizləmə, soyqırım aktlarının başında bu Robert və Serjin dayandığı, bütün cinayətlərin onların birbaşa iştirakı ilə həyata keçirildiyi, bu iki şəxsin hətta Ermənistana qarşı olduqca çirkli oyunlarda iştirak etdikləri, heç bir insani keyfiyyətə malik olmadıqları, bəşər tarixinin ən şərəfsiz, ən qəddar məxluqları olduqları kimsəyə sirr deyil: “Məhz bu şəxslər Azərbaycan torpaqlarının işğalı faktını Ermənistanda siyasi hakimiyyətə yiyələnmıyin təməl ideoloji faktoruna çevriblər və məhz onların cinayətləri nəticəsində Ermənistanda Azərbaycanla münasibətləri normallaşdırmaq istəyən şəxslər gülləbaran edilib. 1999-cu ildə Ermənistan parlamentində baş verən terroru xatırlamaq yetərlidir ki, Köşəryan-Sərkisyan cütlüyünün nə qədər qanlı oyunlarda iştirak etdiklərinin miqyasını müəyyənləşdirmək mümkün olsun. Bu baxımdan cənab Prezidentin mesajının hədəfi də, ünvanı da kifayət qədər aydındır”.

Politoloq qeyd etdi ki, Köçəryan və Sərkisyan, eləcə də onlarla eyni cinayətlərin iştirakçıları olan şəxslər əməllərinə görə cavab verməlidirlər. Bu həm də erməni xalqının, Ermənistanın xilası deməkdir: “Belələri bir daha hakimiyyət üzü görməməli, Ermənistanda isə qonşuları ilə yaxın münasibət qurmaqla, ilk növbədə öz xalqını, ölkəsini xilas edəcək şəxslər hakimiyyətə gəlməlidirlər. Yalnız bu halda Ermənistan regionda formalaşmaqda olan yeni düzənin içərisində yer ala bilər. Yalnız bu halda keçmişdə baş verən ağır müharibə cinayətlərinin yükünü üzərindən götürərək, gələcəyinə yeni səhifədən başlaya bilər. Azərbaycan dövlətinin rəhbərinin səsləndirdiyi fikirlərin mesajlarından biri də budur”.

Digər bir sıra ekspertlərin fikrincə, Azərbaycan Prezidenti bu fikirləri ilə əli qanlı Qarabağ klanının Ermənistanda iqtidara gətirilməsinin mümkün olmayacağını və Robert Köçəryanın, yaxud da Serj Sərkisyanın hakimiyyətə gəlişinin Ermənistanı yenə qonşuları ilə konfliktlərə cəlb edəcəyini, bunun yolverilməz olduğunu dolayısı ilə bildirmiş olur.

Geri qayıt