Əsas Səhifə > Partiya, Güney Press > Radikal müxalifət düşərgəsində yeni savaş:
Radikal müxalifət düşərgəsində yeni savaş:16-02-2021, 13:05 |
Radikal müxalifət daxilində soyuq savaş yenidən qızışıb. Bu dəfə düşərgənin Əli Kərimli cinahının ən böyük informasiya dəstəkçisi Sevinc Osmanqızı hədəfə alınıb. Bu günə qədər bir-birinə “can” deyən Osmanqızı və Əli Kərimlinin tərəf müqabillərinin arası ciddi şəkildə pozulub. Məsələ, bir-birini təhdid etmək səviyyəsindədir. Belə ki, Amerika Birləşmiş Ştatlarında məskunlaşan jurnalist Sevinc Osmanqızı şəxsi “YouTube” kanalında "Səni çökdürəcəyik! - Mənə hücumlar və mənim cavabım" adı ilə efirə çıxaraq qeyd edib ki, “Səni çökdürəcəyik” şəklində hücumlar bir neçə gün əvvəl Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu və Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevi verilişinə dəvət etdikdən sonra başlayıb. O bildirib ki, təhdidlər “bu kanala necə gəlmişdikcə, elə də gedəcəyik”, “səni çökdürəcəyik” kimi sözlərlə edilir. Düzdür, Osmanqızı onu təhdid edənlərin konkret kim olduğunu demir, deməkdən çəkinir. Amma sosial şəbəkələrdə gedən müzakirələr, müxalifət düşərgəsindəki mövcud durum və xüsusən də Osmanqızının özünün işlətdiyi ifadələr onu da, Əli Kərimli tərəfdarlarını da ələ verir. “Mən sizə daha çox xeyir vermişəm”, “Öz ayağınıza güllə atmayın”, “Budurmu sizi qonaq etməkdən sonra mənə qoyduğunuz hörmət?”, “Kanala bir daha çıxmamaq qərarı verirsizsə, bu, sizin qərarınızdır” – deyə, Osmanqızı vurğulayır. Səbəb isə ortadadır - Əli Kərimli və tərəfdarları Mirmahmud Mirəlioğlunu, eləcə də Əli Əliyevi özlərindən saymırlar. Və Osmanqısızının bu şəxsləri efirə çıxarmasını həzm və qəbul edə bilmirlər. Buradan belə nəticəyə gəlmək olar ki, radikal müxalifətin Əli Kərimli cinahının eqosu, şəxsi maraqlarını hər şeydən üstün tutma istəyi öz “dostlarını” belə təhdid etmək iqtidarındadır... Geri qayıt |