Əsas Səhifə > Partiya, Güney Press > YAP qurultaya gedir
YAP qurultaya gedir22-02-2021, 09:14 |
Yeni Azərbaycan Partiyası özünün qurultayını keçirəcək. Bu barədə Gununsesi.info-ya hakim partiyadakı mənbələr bildirib. Məlumata görə, YAP-ın bu dəfəki qurultayı əvvəlkilərdən xeyli fərqli olacaq. Belə ki, hakim partiyanın İdarə Heyəti və Siyasi Şurasında olan bir sıra ünlü şəxslər öz postlarından kənarlaşdırılacaq. “Gününsəsi”ni bilgiləndirən mənbə YAP rəhbərliyindən kənarlaşdırılacaq bəzi şəxslərin kimliyini də açıqlayıb. Qurultayda YAP sədrinin 4 müavinindən 2-si öz postu ilə vidalaşacaq. Həmin şəxslər bunlardır. 1.Əli Həsənov (Baş nazirin sabiq müavini) 2. Akif Əlizadə (AMEA-nın sabiq prezidenti) İdarə heyətindən kənarlaşdırılacaq şəxslər də bir zamanlar hakim partiyanən əsas simaları olanlardır. Onları da təqdim edirik: Hacıbala Abutalıbov – Baş nazirin sabiq müavini Vaqif Əliyev – Mədəniyyət və Turizm nazirinin I müavini Nurlana Əliyeva – Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri Akif Əlizadə -Yeni Azərbaycan Partiyasının Sədr müavini Əli Həsənov – PA-nın sabiq şöbə müdiri Əli Həsənov – Baş nazirin sabiq müavini Yusif Hümbətov – «Azərsutikinti» Səhmdar Cəmiyyətinin sədri Nizami Xudiyev – Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri Eldar İbrahimov – Milli Məclisin İntizam komissiyasının sədri Kərim Kərimov – Yeni Azərbaycan Partiyası İcra Katibliyinin əməkdaşı Abel Məhərrəmov – (BDU-nun sabiq rektoru) Arif Rəhimzadə – (Milli Məclis sədrinin sabiq müavini) Vasif Talıbov – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri Mixail Zabelin – Milli Məclisin deputat YAP Siyasi Şurasının üzvlüyündən xaric ediləcək bəzi şəxslərin də kimliyi bəllidir. Məlumata görə, Siyasi Şuranın da tərkibi tamamilə yenilənəcək. Siyasi Şuradan kənarlaşdırılacaq şəxslər arasında PA-nın sabiq şöbə müdirləri Fatma Abdullazadə və Elnur Aslanov da var. Geri qayıt |